Analitika

İraq və Azərbaycan diplomatik əlaqələri

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycanın dünya birliyindəki nüfuzunu getdikcə artırır. Ermənsitan üzərindəki tarixi Qələbəmizdən sonra  ölkəmizin dünya miqyasındakı mövqeyi daha da möhkəmlənmiş, reytinqi yüksəlmişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı xeyli artıb. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir. Onu da qeyd edək ki, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.

İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirib. İraq və Azərbaycan BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər nüfuzlu beynəlxalq qurumların tədbirlərində daim həmrəylik nümayiş etdirir.

İraq dövlət müstəqilliyini bərpa edən Azərbaycanı ilk tanıyan ölkələrdən biri olub . Həmin ilin martında iki ölkə arasında diplomatik münasibətlər qurulub. Prezident İlham Əliyev səfər zamanı aparılacaq müzakirələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəklədiyi məmnunluqla vurğulandı, Azərbaycanın və İraqın işğaldan əziyyət çəkdiyi, amma bu vəziyyətin keçmişdə qaldığı qeyd edildi. Ölkələrimiz arasında iqtisadiyyat, energetika, mədəniyyət, elm, təhsil və turizm sahələrində əməkdaşlıq məsələlərinin inkişafı üçün əlverişli imkanların olduğu bildirildi.

Dövlətimizin başçısı İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını dedi. İraq Prezidenti Azərbaycan ilə əlaqələrin daha da inkişafında əzmli olduqlarını vurğuladı, səfər çərçivəsində imzalanacaq sənədlərin əlaqələrimizin genişlənməsinə böyük töhfə verəcəyini bildirdi.

Hər iki ölkə turizm sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb. Azərbaycan əhalisinin İraqın müqəddəs şəhər və abidələrinin ziyarətini asanlaşdırmaq və mütəşəkkilləşdirmək üçün bu, olduqca aktual sənəddir.

Azərbaycan yaxın-uzaq ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurmağa açıq ölkə olduğundan reegionumuzun önəmli ölkələrindən biri olan İraqla da çoxtərəfli əlaqələrin gücləndirilməsi yaxın gələcəkdə hər iki ölkənin xalqı üçün faydalı olacaq.

Mətanət Cəfərova,
YAP- ın fəalı

Oxşar Xəbərlər

Back to top button