Analitika

İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri

Azərbaycan  Respublikasına  rəsmi  səfərə  gələn  İraq  Respublikasının  Prezidenti  Əbdüllətif  Camal  Rəşidin  noyabrın  20-də  rəsmi  qarşılanma  mərasimi  olub.  Azərbaycan  Prezidenti  İlham  Əliyev   İraq  Prezidenti  Əbdüllətif  Camal  Rəşidi  qarşıladı. Bu, İraq  Prezidentinin  Azərbaycana  ilk  səfəridir. 1992-ci il  yanvarın  2-də tarixində  İraq  Azərbaycanın  müstəqilliyini  tanıyıb. 30 mart  1992- ci  ildə  iki  ölkə  arasında  diplomatik  münasibətlər  qurulub. 1992- ci  ildə  Sovet  İttifaqı  dövründəki  İraqın  Bakıdakı  diplomatik  nümayəndəliyi  Baş  Konsulluq  səviyyəsindən  səfirlik  statusuna  qaldırılıb. 2016-cı ilin  oktyabr  ayında  Bağdad  şəhərində   Azərbaycanın  səfirliyi  fəaliyyətə  başlayıb. Azərbaycan  ilə  İraq  arasında  müxtəlif  sahələrdə  əməkdaşlıq  haqqında  5  sənəd  imzalanıb.

İraq  Prezidenti  Əbdüllətif   Camal  Rəşidin  Azərbaycana  səfəri  ölkələrimiz  arasında  əlaqələrin  inkişafı  üçün  əhəmiyyətlidir,  bu  səfər  iki  ölkənin  əməkdaşlığında  yeni  səhifə  açmış  olacaq  Azərbaycan  və  İraq  BMT-də, Qoşulmama  Hərəkatında, İslam  Əməkdaşlıq  Təşkilatında  hər  zaman  qarşılıqlı  dəstək  nümayiş  etdirirlər.  Prezident  Əbdüllətif   Camal  Rəşid  İraq  ilə  Azərbaycan  arasındakı  əlaqələrin  yüksələn  xətlə  inkişaf  etməsindən  məmnun  olduğunu  bildirib. Nəzərə  çatdırıb  ki, iki  dost  dövlətin müxtəlif  sahələr  üzrə  və  beynəlxalq  təşkilatlar  çərçivəsində  əməkdaşlıq  əlaqələrini  genişləndirmək  zəruridir.  İraq  Prezidenti  siyasi, iqtisadi-ticari, enerji, mədəniyyət, turizm  və təhsil sahələrində  daha  səmərəli  əməkdaşlıq  üçün  hər  iki  tərəfin  böyük  potensialının  olduğunu  qeyd  edib, rəsmi  şəxslərin  qarşılıqlı  səfərlərinin əhəmiyyətini  vurğulayıb.

Əbdüllətif  Camal Rəşid İraqın üzləşdiyi problemlərə və təhlükəsizliyə  təhdid  yaradan  hallar  barədə  məlumat  verdi, ölkəsinin  artıq  sabitlik  mərhələsinə  qədəm  qoyduğunu  bildirdi. Hal-hazırda  İraqda  330  nəfərdən  ibarət  parlament  fəaliyyət göstərir.

İraqda Azərbaycan  üçün  biznes  əlaqələri  yaratmalıyıq.

Nəsirova Ofelya,
KBTRL- nin tarix  müəlliməsi

Oxşar Xəbərlər

Back to top button