İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev deyib. Bu bəndin Sizin tərəfdən inşası çox yüksək peşəkarlıqla həyata keçirilib. Eyni zamanda, Arazın iki sahilini birləşdirən gözəl bir rəmzi layihədir. Qeyd etdiyiniz kimi, suvarma, içməli su təchizatı üçün, eyni zamanda, elektrik enerjisinin istehsalı məqsədilə gələcəkdə inşa ediləcək elektrik stansiyalarının fəaliyyətinin nəticəsində də çox böyük faydalar olacaq və bu, bölgələrə qayıdacaq insanlar üçün böyük bir üstünlük verəcək. Mən İran tərəfdə gözəl binaları görürəm, yaşayış məntəqələrini görürəm, inşallah, yaxın gələcəkdə Arazın bu tayında da ona oxşar mənzərə olacaq.
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik. Bunu ümidverici hadisə hesab edən dövlətimizin başçısı vurğulayıb: “Çünki bu, ümid verir ki, nəhayət uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Biz İranın bu məsələyə dair dəstəyini alqışlayırıq”. Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik”.
Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb”, – deyə dövlətimizin başçısı əlavə edib. Dövlətimizin başçısı bu nəhəng obyektin inşasında iştirak etmiş bütün İran mütəxəssislərinə, fəhlələrinə, dostlara təşəkkürünü bildirib.
Həsənova Səbinə,
YAP-ın fəalı