Analitika

İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi

Müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanına əsasən 9 oktyabr, 22 may 1998-ci ildə fərmanına əsasən isə həmin fərman qüvvədən düşərək 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Qarabağ münaqişəsinin dərinləşdiyi 90-cı illərdə güclü, peşəkar orduya böyük ehtiyac duyulurdu. Buna görə də, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə bu sahənin inkişafı məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanı yaranması, 20 avqust 2001-ci ildə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblərin Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılması barədə fərman imzalanmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ordu quruculuğu məsələsinə hər zaman diqqət göstərmiş, bununla əlaqədar demişdir: “Elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.”

Ölkəmizin başçısı Silahlı Qüvvələr Günü haqqında bildirmişdir: “İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir.

Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.44 günlük Vətən Müharibəsi Müzəffər Ordumuzun gücünü, əzmini ermənilərə göstərdi. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Dəfələrlə demişdim ki, bizim şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi”.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button