AnalitikaGündəm

Heydər Əliyev Fondu tərəfindən Qubadlı rayonunun tarixi-dini abidələri də sürətlə bərpa olunur

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb. Sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib. 1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid verilib.Faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qaldı.

Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunmuş, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılmış və məhv edilmişdir.

Fədakar əməyi ilə illər boyu qurduqları güzəranın tar-mar edilməsi, toplanan ictimai və şəxsi mülkiyyətin işğalçı erməni ordusu tərəfindən talan edilməsi, əhalinin dədə-baba yurdundan didərgin düşməsi qubadlılara böyük mənəvi zərbə oldu. Lakin itirilən mülkün, varın sahiblərinin köçkün vəziyyətinə düşməsi onları sındırmadı. 44 günlük Vətən müharibəsinin gedişatında Qubadlının azad olunması əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. İkinci Qarabağ müharibəsi zamanı Qubadlı uğrunda şiddətli döyüşlər gedib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə Qubadlı rayonu işğaldan azad edildi. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edilib. Hazırda Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında digər azad olunmuş ərazilərimizdə olduğu kimi, Qubadlı rayonunda da böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən Qubadlı rayonunun tarixi-dini abidələri də sürətlə bərpa olunur.

Ali Baş  Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun şücaəti sayəsində  işğal edilmiş torpaqlarımız erməni təcavüzündən xilas oldu və bununla da erməni vandalizminə son qoyuldu. Bu gün artıq Azərbaycanda yeni inkişaf dövrü başlanıb. Bununla da işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış bütün sosial infrastruktur, ən əsası da tarixi-mədəni abidələrimiz yenidən qurulacaq.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button