Heydər Əliyev doğma dilimizin təkcə qoruyucusu deyildi, həm də onun təbliğatçısı idi
1978-ci il aprel ayının 27-də qəbul edilən Azərbaycan SSR Konstitusiyasına ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” bəndi daxil edilmişdir.
Hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili heç vaxt yaddan çıxmayan, unudulmayan qürur mənbəyidir. Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman əzilsə, repressiyalara məruz qalsa da öz ana dilini qoruyub saxlaya bildi.Azərbaycan dili öz varlığını qorumaq üçün ardıcıl mübarizə aparmış.Bu işdə ədəbiyyatımızın karifeylərinin əvəzsiz xidmətləri vardır. Azərbaycan dilini sevən, onun inkişafı üçün mühüm işlər görən, böyük insan Heydər Əliyev bu sahədə də nümunə idi. Çünki dilə sevgi ilk növbədə onun böyüdüyü mühitdə varlığına hopmuş, sonrakı mərhələlərdə isə o bir dövlət rəhbəri, bir vətəndaş kimi dilimizin qoruyucusu, təbliğatçısı olmuşdur.
Azərbaycan dilinin davamlı inkişafı, ana dilində nəşr edilən kitabların sayının artması, Ulu Öndər Heydər Əliyev tərəfindən dilimizin inkişafı istiqamətində digər həyata keçirilən tədbirlər xalqımızın müstəqillik düşüncələrini daha da gücləndirmiş oldu. Dövlət dilimizin Azərbaycan dili olmasından sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi.
Heydər Əliyev doğma dilimizin təkcə qoruyucusu deyildi, həm də onun təbliğatçısı idi. O, görüşləri gənclərimizin təhsil aldığı şəhərlərdə də keçirirdi. Hər bir görüşdə məqam düşdükcə dillə bağlı fikirlərini söyləməkdən çəkinməz, tövsiyələrini verməkdən usanmazdı. Ulu Öndərin ən böyük arzusu bu idi: hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilsin. O, bununla kifayətlənmirdi. İstəyirdi ki, Azərbaycan dilində danışmağı başqalarına da öyrədək.
Bu ənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. 2004-cü ildə latın əlifbasında kitabların nəşri ilə bağlı sərəncam imzalandı və bu sahədə böyük işlər görüldü. Prezidentin özünün ana dilində etdiyi səviyyəli çıxışlar isə dili bilməyən rəhbər işçilərə şəxsi nümunədir. Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən təmizləməyə borcludur.
Bugün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi sox sevir və bu dildə danışmağımla fəxr edirəm” Heydər Əliyevin kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir. Milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında ana dilimizin rolu böyükdür. 1978-ci il aprel ayının 27-də qəbul edilən Azərbaycan SSR Konstitusiyasına ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” bəndi daxil edilmişdir.
Azərbaycan dilinin davamlı inkişafı, ana dilində nəşr edilən kitabların sayının artması, Ulu Öndər Heydər Əliyev tərəfindən dilimizin inkişafı istiqamətində digər həyata keçirilən tədbirlər xalqımızın müstəqillik düşüncələrini daha da gücləndirmiş oldu. Dövlət dilimizin Azərbaycan dili olmasından sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi.Heydər Əliyev doğma dilimizin təkcə qoruyucusu deyildi, həm də onun təbliğatçısı idi. O, görüşləri gənclərimizin təhsil aldığı şəhərlərdə də keçirirdi. Hər bir görüşdə məqam düşdükcə dillə bağlı fikirlərini söyləməkdən çəkinməz, tövsiyələrini verməkdən usanmazdı. Ulu Öndərin ən böyük arzusu bu idi: hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilsin. O, bununla kifayətlənmirdi. İstəyirdi ki, Azərbaycan dilində danışmağı başqalarına da öyrədək.
SSRİ dövründə dilimizi bizdən uzaq salmağa çalışdılar, o vaxt idarələrdə ana dili qadagan olunmuşdu. 1969-cu ildə ulu öndərimiz Heydər Əliyevin respublikaya hakimiyyətə gəlişi hər sahədə olduğu kimi, bu sahədə də dönüş yaratdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin qorunub saxlanması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər gördü.
Azərbaycan dilinin davamlı inkişafı, ana dilində nəşr edilən kitabların sayının artması, Ulu Öndər Heydər Əliyev tərəfindən dilimizin inkişafı istiqamətində digər həyata keçirilən tədbirlər xalqımızın müstəqillik düşüncələrini daha da gücləndirmiş oldu. Ümumilli lider Heydər Əliyevin 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladağı digər Fərmana əsasən ölkəmizdə hər il 1 avqust tarixində Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlandı.
Mətanət Cəfərova
YAP-ın gənc fəalı.