Analitika

Hər gün həyata keçirilən yeni layihələr nəticəsində ölkəmizin iqtisadiyyatı dünya ölkələri arasında ön sıralarda yer alır

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması bütövlükdə region xalqları və dövlətləri üçün böyük əhəmiyyətə malikdir. Başqa sözlə, tarixi ədalətin bərpa olunmasından sonra həm Azərbaycanın inkişafı, həm də bölgənin firavan gələcəyi üçün yeni perspektivlər yaranıb.

Azərbaycanın hər bir bölgəsi günbəgün daha da inkişaf edir, yeni inkişaf mərhələsinə qədəm qoyur. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Ölkə başçısı bölgələrdə  aparılan quruculuq-abadlıq işləri ilə daima yaxından maraqlanır, göstəriş və tapşırıqlarını verir. Böyük infrastruktur layihələrinin -elektrik enerjisi ilə təchizat, suvarma, yol infrastrukturu, qazlaşdırma , içməli su layihələrinin, həmçinin sosial infrastruktur layihələrinin-rayonlarda  müasir xəstəxanaların, tibb ocaqlarının, məktəblərin  inşasının həyata keçirilməsi  regionlarda əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına, onları narahat edən məsələlərin həllinə  xidmət edir.

Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var: “Məsələ ondadır ki, Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxıb. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşıb, əkin üçün yararsız vəziyyətə düşüb. 1958-ci ildə inşa edilmiş  Yuxarı Şirvan kanalı faktiki olaraq yenidən inşa ediləcək, 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Bununla da, minlərlə insan bu layihədən faydalanacaq, əkin sahələri də iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək. Eyni zamanda, Hacıqabul gölü də uzun illərdən sonra dolacaq.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button