AnalitikaGündəm

Füzuli şəhəri Qarabağda sosial-iqtisadi dirçəlişin və regional inkişafın strateji mərkəzidir

“Vətən Müharibəsi zamanı isə Füzuli əməliyyatı Azərbaycan Ordusunun cənub-şərq cəbhəsində apardığı ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. Füzuli uğrunda aparılmış döyüşlər həm də müharibənin ən ağır döyüşlərindən idi. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkamlar qurmuşdur. Normal şəraitdə 30 il ərzində qurulmuş müdafiə xətlərini yarmaq üçün ən azı bir neçə ay vaxt lazımdır. Lakin qələbə əzmli Ali Baş Komandan və onun Müzəffər Ordusu müharibənin başlamasından bir ay keçməmiş onlarla kəndin, Cəbrayıl rayonun azad edilməsinin ardından Füzulini də düşmən işğalından azad etdi. Füzulinin azad edilməsi bizə həm mənəvi güc, həm də strateji üstünlük qazandırmışdır”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Füzuli rayonu 17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildikdən sonra yeni bir inkişaf dövrünə qədəm qoydu. Rayon tarixi-dini abidələri ilə zəngin olmaqla yanaşı, strateji əhəmiyyətə malikdir. Füzulinin işğaldan azad olunması ilə geniş bərpa və inşaat layihələri həyata keçirilmişdir. Beynəlxalq Hava Limanının açılışı, “Zəfər yolu”nun inşası, yeni yaşayış və təhsil müəssisələrinin tikintisi bu inkişafın əsas göstəriciləridir. Ərazidə minaların təmizlənməsi və dağıntıların qiymətləndirilməsi üçün də mühüm addımlar atılır. 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə 17 oktyabr “Füzuli Şəhəri Günü” elan edilmişdir. Bu gün azadlıqdan inkişafa keçid mərhələsini simvolizə edir və rayonun gələcəyi üçün bir başlanğıcdır. Eyni zamanda “Böyük Qayıdış” proqramı çərçivəsində 2026-cı ilə qədər 22 min nəfərin Füzuliyə qayıdacağı gözlənilir.

Onun sözlərinə görə, Füzulinin bərpasından danışarkən qardaş ölkələrin dəstəyini xüsusi qeyd etməliyik. Füzuli Beynəlxalq Hava Limanının açılışında  Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın  sevincimizi bizimlə bölüşməsi,  Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə məktəb inşa olunması, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması türk xalqları arasında dostluğun və qardaş dəstəyinin rəmzidir.

Oxşar Xəbərlər

Back to top button