Analitika

“Euronews” telekanalına verilən müsahibə Prezidentin davamlı olaraq dünya mediası qarşısında verilən uğurlu açıqlamaların davamıdır

“Prezident İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibə müsahibəsində çox mühüm məqamlara toxunub. Ölkə başçısının səsləndirdiyi fikirlər, müsahibədə verilən mesajlar mühüm əhəmiyyət kəsb edir. Təbii ki, dünyada özünün geniş auditoriyası olan bir telekanalın Prezident İlham Əliyevdən müsahibə götürməsi Azərbaycana olan diqqətin və marağın göstəricisidir. Bu eyni zamanda Prezident İlham Əliyevin Liderlik, dövlət idarəçiliyinə, regional və qlobal miqyasda həyata keçirdiyi siyasətə olan yanaşmanın açıq təzahürüdür”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, “Euronews” telekanalına verilən müsahibə Prezidentin davamlı olaraq dünya mediası qarşısında verilən uğurlu açıqlamaların davamıdır. ““Euronews” televiziyasına verilən müsahibə zamanı da Azərbaycanda sosial-iqtisadi sahədə keçirilən islahatlardan, işsizliyin minimuma endirilməsi, həmçinin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri ilə bağlı dəqiq, faktlara əsaslanaraq maraqlı məlumatlar verilib. Eyni zamanda ölkəmizə qarşı dünya ölkələri tərəfindən artan maraq, dövlətimizin söz sahibi olması ilə bağlı məlumatlar verilib. Birmənalı olaraq cənab Prezidentin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu və əldə etdiyi uğurları özündə əks etdirib

“Bölgədəki mövcud durumu şərh edən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh yaradılması üçün real imkanlar olduğunu vurğulayaraq bunun yalnız Ermənistanın apardığı siyasətdən asılı olacağını bildirdi. Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları prosesinin üç müxtəlif platforma üzərində qurulur, lakin İki ölkə arasında razılaşmanın əldə edilməsinə, sülh müqaviləsinin imzalanmasına mane olan amillər mövcuddur. Müsahibədə cənab Prezident Ermənistanın hərbi-siyasi rəhbərliyinin manevrləri, xarici güc mərkəzlərinin prosesə neqativ təsirləri detallı şəkildə təsvir edir. Həmçinin beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin kökündə dayanan “erməni separatizmi”nə ikili standartlarla yanaşmaları tənqid olunur. İkili yanaşmanı təsdiq edən sübutlar göstərilir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki,  Prezident İlham Əliyevin “Euronews”a müsahibəsinin əhatəli, informativ və arqumentli olması imkan yaradır ki, Avropa auditoriyası Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarının detalları barədə məlumat alsın, həqiqətləri görə bilsin.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin ünvanlanan bütün suallara arqumental cavab verməsi Avropa və bütövlükdə Qərb auditoriyasında təsəvvür formalaşdırır ki, cərəyan edən mövcud proseslər fonunda Azərbaycanın tutduğu mövqe əsaslı və ədalətlidir.

Oxşar Xəbərlər

Back to top button