Əsrə bərabər 20 ilin zirvəsində
Ərazi bütövlüyümüzün və suverenliyimizin artıq bərpasından sonra Azərbaycanda yeni reallıqlar yaranmış, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu reallıqların müəllifi də elə məhz Prezident İlham Əliyevdir. Ərazi bütövlüyünün və suverliyimizin təmin olunması Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsini təşkil edir.
Fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə kimi yer tuturdu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi – 2003-cü ildə keçirilən ilk prezident seçkilərində xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcəkdir. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi son 20 ildə, həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni mərhələlər yaranıb. Hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Eyni zamanda onu da qeyd edək ki, Azərbaycan dünyada böyük etimad qazanıb. Bütün bunları nəzərə alaraq, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi oldu. Çünki Prezident İlham Əliyev bu günə qədər verdiyi hər bir vədi uğurla həyata keçirdi.
Prezident İlham Əliyevin dövlət başçısı kimi 20-illik fəaliyyətinin ən böyük zirvəsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir. Müzəffər Ali Baş Komandanın işğalçı Ermənistan üzərində qazandığı Zəfər 21- əsrdə dünyada qələbə ilə başa çatmış ən ədalətli müharibə nümunəsidir. Bu müharibə dünya hərb tarixində ən qısa müddətdə qələbə ilə başa çatmış müharibə olaraq da əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 illik işğaldan sonra ölkəsinin tarixi torpaqlarını düşmən əsarətindən azad edən, rəhbərlik etdiyi dövlətin tam ərazi bütövlüyünə nail olmağı bacaran liderdir. Azərbaycan Respublikasının mütləq suverenliyinin təmin edilməsi Prezident İlham Əliyevin möhtəşəm tarixi Zəfəridir.
Azərbaycan xalqının və dövlətinin həyatında xüsusi tarixi mərhələ olan bu 20 ilin nailiyyətləri Prezident İlham Əliyevin “Heydər Əliyev İli”nə möhtəşəm töhfəsidir. Möhtəşəm 20 il həm də xalqımızın və müstəqil dövlətimizin bundan sonrakı inkişafının da möhkəm təməli və böyük başlanğıcıdır.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi