Analitika

Ermənistan ona verilən bütün şansları itirməkdədir

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

Ermənistan ona verilən bütün şansları itirməkdədir. Müstəqil dövlət kimi özü qərar qəbul edə bilməyən bu ölkənin rəhbərliyi bununla da öz xalqının, dövlətinin deyil, başqalarının maraqlarına, mənafeyinə xidmət edir. Amma artıq İrəvan üçün bəhanələr də tükənir. Bəhanə demişkən, baş nazir Nikol Paşinyan indi də Azərbaycanın guya etnik təmizləmə və soyqırımı hazırladığı barədə absurd açıqlama verib. Bəllidir ki, Bakı Ermənistandan fərqli olaraq nə Birinci, nə İkinci Qarabağ müharibəsi zamanı hər hansı hərbi cinayət, soyqırımı törətməyib, mülki insanları hədəfə almayıb. İrəvanın bu cür yalanları sadəcə olaraq yuxarıda da qeyd etdiyimiz kimi, xarici qüvvələri regiona cəlb etmək, sülh prosesinə zərbə vurmaq və vaxt uzatmaq kimi pozucu niyyətindən irəli gəlir.

Azərbaycanın səylərinə baxmayaraq, Ermənistan bütün vasitələrdən istifadə edərək, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq cəhdlərini davam etdirib: delimitasiya olunmamış sərhəddə və Qarabağ regionunda hərbi təxribatlar, Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş 10 min hərbi qüvvəyə maliyyə, hərbi, texniki yardımlar, ərazilərimizin minalanması, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə qarşı radio-elektron müdaxilə halları, “blokada”, “humanitar böhran” kimi əsassız iddialar və siyasi şantaj, qeyri-qanuni rejimə təbrik mesajları, qondarma separatçı rejimin “prezident seçkiləri” Ermənistan tərəfindən normallaşma prosesini pozmağa yönəlmiş təxribatçı addımlardan bəziləridir.

Son zamanlar ermənilər həm şərti dövlət sərhədində, həm də Rusiya sülhməramlı missiyasının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində tez-tez ordumuzun mövqelərinə atəş açırlar. Əlbəttə ki, onlara layiqli cavab verilir. Amma bütün bunlar qeyri-qanuni erməni hərbi dəstələrinin Qarabağdan tamamilə çıxarılmasını zəruri edir. Bu, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının tələblərindən biridir. Ermənistanın hərbi birləşmələrinin müəyyən hissəsinin hələ də Qarabağda qalması bu sənədə ziddir. Əgər qanunsuz erməni hərbi dəstləri ərazilərimizdən çıxarılmasa, əksinə təxribatlarını davam etdirsələr, o zaman ordumuz tərəfindən Qarabağda növbəti antiterror əməliyyatı keçirilməsi qaçılmaz olacaq”, – deyə mərkəzin rəhbəri əlavə edib.

Separatçı-terrorçu rejimin təxribat hücumlarına başlayacağı gözlənilən idi. Çünki Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ağdam marşrutu vasitəsilə yükləri Xankəndinə aparması separatçıların gələcək mövcudluğunu sual altına salır. Onlar mövcud problemlərini həll etmək üçün Bakının tələbi olan Ağdam-Xankəndi marşrutunun açılmasına razı olsalar da, erməni əhalisinin reinteqrasiyanın qarşısını almağa da çalışırlar. Çıxış yolu kimi isə eskalasiyanın yaranmasına səbəb olacaq terror aktlarının törədilməsini seçiblər. Eskalasiya ilə beynəlxalq diqqəti bölgəyə çəkmək, “Azərbaycan erməni əhalisinə hücum edir” iddiasını irəli sürmək və erməni əhalisi arasında düşmənçiliyi körükləmək istəyirlər. Mülki insanların və polis əməkdaşlarının şəhid olması ilə nəticələnən mina terroru da məhz bu təxribatın tərkib hissəsidir.

Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur.

Heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır. Bu xüsusda, erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması zəruridir.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır”.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button