Analitika

Ermənistan Azərbaycana qarşı tarix boyu təcavüzkarlıq siyasəti yürüdüb

Ermənilər dəfələrlə Azərbaycana təcavüz ediblər, türklərə qarşı soyqırım aktları törədiblər. Bütün bunlar təsadüfi deyil və ermənilər bu addımları planlı şəkildə atıblar. Bunun arxasında türk düşmənçiliyi ilə yanaşı, “Böyük Ermənistan” ideyası da dayanır. Bu gün bir erməni uşağının beyninə türklərə qarşı nifrət yeridilir, tarixi Azərbaycan torpaqları erməni torpağı kimi qələmə verilir. Bu uşaqlar böyüyüb siyasətçi, hərbçi, jurnalist, idmançı olur və hər yerdə bizə qarşı düşmən mövqedə dayanırlar. Əslində bu xəstə təfəkkür ilk növbədə onların özünə zərbə vurur. Bu gün təcrid olunmuş vəziyyətə düşən Ermənistan yenə də ənənəsinə sadiq qalaraq düşmən mövqedə dayanır, Azərbaycan torpaqlarına iddialarından geri çəkilmir, Dağlıq Qarabağla bağlı danışıqlarda qeyri-konstruktiv mövqe tutaraq status-kvonu uzatmağa çalışırlar. Ermənilərin bu xəstə təfəkkürü Azərbaycana, həmçinin türklərə qarşı olan bir sıra qlobal güclərin işinə də yarayır. Onlar dəfələrlə ermənilərdən bu məqsədlə alət kimi sitifadə eiblər və onlar yenə də istifadə obyekti olaraq qalırlar. Erməni təcavüzünün kökündə məhz bu amillər dayanır.

Bunun ardınca 1992-93-cü illər ərzində Ermənistanın xaricdən dəstəklənən silahlı qüvvələri Azərbaycan ərazisinin beşdə birini işğal ediblər. Beləliklə, münaqişə nəticəsində təqribən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
1994-cü il mayın 12-dən Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri arasında atəşkəs rejimi əldə olunub.
Bu problem Azərbaycan tərəfindən qəti şəkildə qaldırıldığı və bütün bölgənin təhlükəsizliyinə ciddi təhdidlər törətdiyi üçün beynəlxalq ictimaiyyətin diqqətindən də kənarda qalmayıb. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələrin hər biri Azərbaycana qarşı erməni təcavüzünün növbəti mərhələsindən sonra qəbul olunub.

Ermənistanın silahlı təcavüzü və 20 faiz Azərbaycan ərazisinin işğalı nəticəsində on minlərlə Azərbaycan vətəndaşı həlak olmuş, güllə və qəlpə yaraları nəticəsində müxtəlif dərəcəli əlilə çevrilmiş və şikəst olmuşdur. Erməni təcavüzünün tərkib hissələrindən biri də köçürülmə siyasətidir. Təcavüz nəticəsində yüz minlərlə vətəndaş doğma yurdundan didərgin düşərək öz hüquq və azadlıqlarından məhrum edilmiş, məcburi köçkün halına düşmüş, ölkədə fövqəladə humanitar vəziyyət yaranmış, minlərlə azərbaycanlı indiyədək hələ də itkin düşmüş hesab edilir. Tarixin müxtəlif mərhələlərində ermənilər Azərbaycan torpaqlarına köçürülərək, burada yerləşdiriblər ki, bu da yaxın və uzaq perspektiv üçün nəzərdə tutulan işğalçılıq siyasətinə hesablanıb. Burada böyük dəstəkçi rolunda isə çar Rusiyası çıxış edib.1827-ci ilə qədər Şimali Azərbaycana 80 min rus kazakının köçürülməsi planlaşdırılıb. Lakin Qirbayedov Tiflisdə diplomatik şöbəyə rəhbərlik etdiyi dövrdə bu planı rədd edərək, ermənilərin köçürülməsi ideyasını verib və bu fikrin rəsmi dairələrdə təsdiqinə nail olub. Bu proses İrəvanda milliyətcə erməni olan polkovnik Lazarevin rəhbərliyi ilə həyata keçirilib. Qısa müddətə 8 min erməni ailəsi Şimali Azərbaycan torpaqlarında yerləşdirildi. Köçürülən ermənilərə Rusiya xəzinəsi və İrandan alınmış müharibə xərcləri hesabına maliyyə yardımı da edilirdi.

Sonunda 2020-ci ildə ədalət bərpa olundu. Azərbaycan torpaqları işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Nəhayətki mərhələli şəkildə bütün qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdırlar.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button