
Vaxt keçdikcə enerji təhlükəsizliyi sahəsində iştirak edən ölkələrin və şirkətlərin sayı artır. Onlar ortaq bir məqsəd ətrafında birləşirlər. Bu gün qarşıya qoyulan əsas məqsəd əməkdaşlığın gücləndirilməsidir. Çünki sıx əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.
2025-ci il aprel ayının 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Tədbirdə Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkənin, 7 beynəlxalq maliyyə institutunun və 42 enerji şirkətinin nümayəndələri iştirak ediblər. Toplantıda nazirlər, nazir müavinləri və digər yüksək vəzifəli şəxslər yer almışdılar. Tədbirin açılışında çıxış edən Cənab Prezident İlham Əliyev toplantının mühüm regional və qlobal əhəmiyyət daşıdığını vurğulayaraq bildirmişdir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası artıq 11-ci dəfə Bakıda toplaşır. Azərbaycan tərəfindən başlanan və Avropa Komissiyası tərəfindən dəstəklənən bu təşəbbüs enerji təhlükəsizliyi sahəsində birgə səylərin əlaqələndirilməsində mühüm rol oynayır. Cənab Prezident İlham Əliyev əməkdaşlığın getdikcə genişləndiyini, bu prosesdə iştirak edən ölkə və şirkətlərin sayının artdığını qeyd edib. Prezident İlham Əliyev çıxışında vurğulaməşdır ki, enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsi yalnız qarşılıqlı əməkdaşlıq sayəsində mümkündür. Enerji təhlükəsizliyi, onun sözlərinə görə, bu gün milli təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsinə çevrilib və bu sahədə istehsalçı, tranzit və istehlakçı ölkələr arasında balansın qorunması vacibdir. Bu əməkdaşlıqda beynəlxalq maliyyə institutlarının dəstəyi də mühüm rol oynayıb. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyindən bəhs edən ölkə başçısı qeyd edib ki, ölkənin təbii qaz ixracı son illərdə əhəmiyyətli dərəcədə artıb. Ölkəmiz bu gün 12 ölkəyə, o cümlədən 10 Avropa dövlətinə təbii qaz ixrac edir. Avropa Komissiyası ilə imzalanmış Strateji Tərəfdaşlıq Memorandumundan sonra Avropaya qaz ixracı təxminən 60 faiz artaraq 13 milyard kubmetrə çatıb və bu rəqəmin yaxın illərdə daha da artacağı gözlənilir.
Dövlətimizin getdikcə güclənməsi və dövlətlər arasında öz layiqli yerini tutmasında Ulu Öndərimiz Heydər Əliyevin də dəstixətdi böyük rol oynamışdır. Bir dövlət üçün bu işlərin görülməsi Ulu Öndər Heydər Əliyevin və dövlət başçımız Cənab İlham Əliyevin vətəninə,millətinə olan qayğısından irəli gəlmişdir.
Günel Həsənova,
Zabrat qəsəbəsi, 71 №li tam orta məktəbin ibtidai sinif müəllimi