AnalitikaGündəm

Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir

Bayraq – bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

1957-ci ilin mayın 28-də SSRİ-nin ən güclü vaxtında Cahid Hilaloğlu və Çingiz Abdullayev adlı iki soydaşımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancırlar. Sonradan 10 ilədək  həbs cəzası alan bu soydaşlarımız üçrəngli bayrağımızın yaddan çıxmadığını göstərirlər.

Bu da sevindirici haldır ki, Azərbaycan Respublikası 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilib. Bu gün həmin təşkilatın Nyu-Yorkdakı igamətgahının qarşısında dünyanın 180-dən artıq müstəqil dövlətin bayraqları ilə bir sırada Azərbaycan bayrağı da dalğalanmaqdadır. Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir.

Bayraq həm də Vətəndir. Əlbəttə ki, Azərbaycan xalqı bu günə qədər çox önəmli hadisələr yaşayıb. Gəlin, Macarıstanda bayrağımıza qarşı hörtmətsizlik edən mənfur düşmənə qarşı azərbaycanlı igidliyini bir daha xatırlayaq. Bizim əsgərimiz, bizim zabitimiz Ramil Səfərovun bir erməni zabiti tərəfindən bayrağımızın əzilməsinə dözməyərək, onu qətlə yetirməsi bir daha xalqımızın qəlbində bayrağımıza olan məhəbbətin, sevginin rəmzinə çevrildi. Deməli, bizim bayraqlar bayrağımız heç bir zaman əyilməyəcək, daim uca zirvədə dayanacaq. Hər birimizin də borcu öz övladlarımıza Vətənimizə, dövlətimizə layiq olmaqla yanaşı, bayrağımızın necə böyük qiymətə malik olduğunu aşılamalıyıq.

Çingiz Tağıyev,
Qarabağ qazisi, YAP Sabunçu rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button