AnalitikaGündəm

“Dəmir Yumruq” əməliyyatı zamanı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan növbəti Qalibiyyət əsəri olan “Laçın şəhəri”nin məğrur günü

Mərkəzi Laçın şəhəri olan Laçın rayonu zəngin tarixi keçmişi olan bir ərazidir. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Laçın şəhəri əvvəllər Abdallar adlanıb və ona 10 avqust 1923-cü ildə şəhər statusu verilib. Lakin,erməni mənfurları tərəfindən 1992-ci ilin mayın 18-də Dağlıq Qarabağdan kənarda yerləşən Laçın şəhərini də işğal edilmişdir və beləliklə Laçın şəhəri də hakimiyyət uğrunda gedən növbəti xəyanətin qurbanı olmuşdur. Müzəffər Azərbaycan ordusu 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi.

Şanlı Azərbaycan Ordusu 01 dekabr 2020-ci il tarixdə Laçın rayonunu işğaldan azad etmişdir.Artıq dörd ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır.

Bu gün işğaldan azad olan Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Laçın şəhərinin küçələri ilə gəzərkən genişmiqyaslı quruculuq işləri ilə yanaşı 30 ildən sonra doğma yurdlarına qayıtmış laçınlıların çöhrəsində qürur və sevinc ifadəsinin şahidi olur, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən insanların danışıq və gülüş səslərini eşidirik.

Cənab Prezident İlham Əliyevin2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur.

Dövlətimizin başçısının gündəlik qayğısı və nəzarəti sayəsində Laçın şəhəri bu gün öz külündən yenidən doğulur, məğrur və çal-çağırlı günlərinə qayıdır. Bu gün 30 il ərzində Laçına yenidən qovuşmaq ümidilə yaşayan, lakin həmin günü görmədən dünyasını dəyişən laçınlılıarın ruhları şaddır. Laçın uğrunda canlarını fəda edən döyüşçülərimizin ruhları da şaddır. Laçın şəhəri torpağımıza göz dikən, tarixdən ibrət dərsi götürmək istəməyən düşmənin qarşısında əbədilik sarsılmaz qalaya çevrilib.

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button