AnalitikaGündəm

Dekabrın 25-də AZAL-a məxsus olan təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması bütün Azərbaycan xalqını dərindən sarsıtdı

Dünya media nümayəndələri özlərinə məxsus qərəzli iddiaları ilə meydana çıxdılar. Sanki bu dövlətlər Azərbaycanın Beynəlxalq müstəvidə düşmən əhatəsi və çoxluğunda olduğunu ciddi cəhdlə sübuta yetirməyə çalışırdılar. Ancaq onlar unudurdular ki, Azərbaycan artıq beynəlxalq regionda öz sözünü deməyə qadirdir. Bütün bu fərziyyələrə aydınlıq gətirmək üçün tək çarə dövlət başçımız Prezident İlham Əliyevin dünya çapında yayımlanması nəzərdə tutulan müsahibəsi oldu. Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib. Dövlətimizin başçısı müşavirədə çıxış edərək deyib:

-Təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyirəm. Onların ailələrinə, yaxınlarına Allahdan səbir diləyirəm, başsağlığı verirəm. Bu, böyük faciədir, Azərbaycan xalqına böyük faciə üz vermişdir.

Dekabrın 29-da Ulu Öndər Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan televiziyasına müsahibə verdi. Prezident İlham Əliyev hadisə baş verən gün Sankt-Peterburqda keçirilən MDB zirvə görüşünə getdiyini və hadisədən xəbərdar olan kimi təcili geri dönüş etdiyini bildirdi. Cənab prezident İlham Əliyev təyyarədən düşən kimi məhz elə hava limanında verdiyi göstərişlə Dövlət Komissiyası yaradılır və Aktau şəhərinə yola salınır. Qazaxıstanda yüksək səviyyədə tibbi xidmət göstərilməsinə baxmayaraq Prezident İlham Əliyevbildirdi ki, Azərbaycan həkimlərindən ibarət heyət elə həmin vaxt yola salındı. Baş Prokurorluqda cinayət işi açıldı. Prezident İlham Əliyev bildirdi ki, son versiyalar “qara qutu”nun açılmağından sonra məlum olacağına baxmayaraq biz ilkin versiyalar üzərində işə başladıq. İlk öncə ortaya atılan “quşların hücumu” versiyası ağlasığmazdı. Bizim heyətimizin Aktau şəhərində təqdim etdiyi videomaterial bir daha sübut etdi ki, təyyarəmiz Rusiya ərazisində hücuma məruz qalıb.Əlbəttə ki, biz bunun qəsdən baş vermədiyini bilirik. Ancaq bizi narahat edən bu məsələnin ört –basdır edilməyə çalışılmasıdır. Biz əlbəttə ki, bunun bir terror və qəsd-qərəzlik hadisəsi olmadığını bilirik. Ancaq bizim qonşu Rusiya hökumətindən ilk gözlədiyimiz vaxtında üzr istəmək və bunu dünya miqyasında bəyan etməsi idi. Lakin bunların əvəzində Rusiya hər vəchlə bu hadisəni ört-basdır etməyə çalışdı. Biz müvəqqəti olaraq Rusiyanın 10 şəhərinə uçuşları dayandırdıq. Çünki bizim üçün önəmli olan vətəndaşlarımızın təhlükəsizliyidir. Və biz öz ədalətli şərtlərimizi irəli sürdük. Sonda Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı və ictimaiyyəti hadisənin bütün tətəfləri barədə məlumatlandırılacaq. Həmçinin Prezident İlham Əliyev onu da qeyd etdi ki, ümid edirəm ki, bizim ədalətli şərtlərimiz qəbul ediləcək və Azərbaycan Rusiya dostluğu öz axarında pozulmaz olaraq qalacaq.

Şəlalə Qasımova,
Pirşağı qəsəbəsi, 112 nömrəli orta məktəbin kimya müəllimi

Oxşar Xəbərlər

Back to top button