Analitika

Daim zirvələrdə ucalan – Üçrəngli Bayrağım

Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  qərarı ilə  bərpa  edilmiş  və Muxtar  Respublikanın  dövlət   bayrağı  kimi  qəbul  edilmişdir.  Azərbaycan   Respublikasının  dövlət  bayrağı  bərabər  enli  üç  üfüqi  zolaqdan  ibarətdir. Yuxarı  zolaq  mavi, orta  zolaq  qırmızı, aşağı  zolaq  yaşıl  rəngdədir.  Bayrağın  eninin  uzunluğuna  nisbəti  1:2-dir.

Azərbaycan  Respublikası  müstəqilliyini   bərpa  etdikdən  sonra  Azərbaycanın  Dövlət   bayrağı  milli  suverenliyin  simvolu  kimi  ölkəmizin  bütün  vətəndaşları  üçün  müqəddəs  dövlətçilik   rəmzlərindən  birinə  çevrilmişdir.  Azərbaycan   Xalq Cümhuriyyətinin yadigarı  olan  bu  bayraq  bizim  azadlıq  məfkurəsinə, milli- mənəvi dəyərlərə   və  ümumbəşəri  ideallara  sadiqliyimizi  nümayiş  etdirir.

Dövlət bayrağı respublikamızın dövlət qutumlarının  və  diplomatik   nümayəndəliklərinin  binaları  üzərində   ucalır,  mühüm  beynəlxalq   tədbirlər,  mötəbər   mərasimlər   və   məclislərlə  yanaşı, iri miqyaslı  ictimai- siyasi  toplantılarda,  mədəni  tədbirlərdə  və   idman  yarışlarında  qaldırılaraq   milli  birliyi   təcəssüm  etdirir.

2010-cu  il  sentyabrın  1-də  Azərbaycan   respublikasının  prezidenti   İlham  Əliyevin  iştirakı  ilə  Dövlət   Bayrağı   Meydanının-  Bakı  şəhərinin  Bayıl  sahəsində yerləşən  memorial  abidə- istirahət  parkının  təntənəli   açılışı  olub. Meydanda  inşa  olunmuş  bayraq  dayağının   hündürlüyü   162 m , bayrağın  eni  35  m ,uzunluğu  70 m,  ümumi  sahəsi  2450  kvadrat  metr ,  çəkisi  isə  təqribən  350  kiloqramdır.  Meydanda  qurulmuş  Azərbaycan   Respublikasının  gerbi,  dövlət  himninin  mətni  və  ölkəmizin  xəritəsi   qızıl   suyuna  salınmış  bürüncdən  hazırlanıb.  Meydanda  Dövlət   Bayrağı  Muzeyi  də  yaradılıb.  Muzeydə   müxtəlif  dövrlərdə   Azərbaycan   ərazisində  möcud  olmuş   dövlətlərin, xanlıqların , o  cümlədən  İrəvan  xanlığının  bərpa  olunmuş  bayraqları  nümayiş  olunur.  Orada  həmçinin  XVll-  XVlll  əsrlərə  aid  bayraqların  uc   elementləri , gerblər , Azərbaycan  Respublikasının   müxtəlif   illərdə  qəbul  olunmuş  Konstitusiya  broşüraları  da  vardır.  Muzeydə  poçt  markaları , pul  nişanlarının  nümunələri , orden  və  medalları  nümayiş  etdirilir.

Dünyada  bu  cür  nadir muzeylərdən  biri  olan  Dövlət  Bayrağı  Muzeyində , həmçinin  Ginnes  dünya  rekordları  təşkilatının  Azərbaycanın  dövlət  bayrağı  dirəyinin  dünyada   ən  hündür   bayraq  dirəyi  olduğunu  təsdiq   edən  sertifikatı , müxtəlif  kitablar ,  fotoşəkillər , 1918-1920- cu  illərdə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Türkiyədəki  səfirliyinin  binası  üzərində  dalğalanmış   bayraq  da  nümayiş  olunur.  Buradakı  eksponatların  çoxu  ilk  dəfə  nümayiş  etdirilir.

Nəsirova  Ofelya,
KBTRL-nin  tarix  müəlliməsi

Oxşar Xəbərlər

Back to top button