Gündəmİdman

Daha onu eşidə bilməyəcəyik

Bir müddətdir xərçəng müalicəsi alan Türkiyənin məşhur idman şərhçisi Sabri Uqan 62 yaşında vəfat edib.

Victorytime.az “Qafqazinfo”-ya  istinadən  xəbər verir ki, Uqan “Medicana Zincirlikuyu” Xəstəxanasında dünyasını dəyişib.

Bir müddət əvvəl onun dünyasını dəyişdiyi haqda xəbərlər yayılsa da, o, xəbəri təkzib etmişdi.

Uqan iyunun 17-də sosial media hesabında xərçəngdən müalicə aldığını açıqlamışdı.

Qeyd edək ki, Sabri Uqan xüsusilə UEFA Çempionlar Liqası “Star” TV-də yayımlanan zamanlarda səsləndirdiyi matç şərhləri ilə futbolsevərlərin yaddaşına həkk olunub

Oxşar Xəbərlər

Back to top button