Analitika

Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir

Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.

Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir. Azərbaycan bütün sahələrin tərəqqisini nəzərdə tutan kompleks tədbirlər vasitəsilə uzunmüddətli hədəflərə çatmağı inkişaf strategiyasının ana xətti kimi müəyyənləşdirib. Ümumiyyətlə, uzunmüddətli perspektivdə müstəqil Azərbaycanın strateji inkişaf paradiqmalarının əsasını mütəmadi surətdə dayanıqlı inkişafı təmin etmək üçün siyasi və iqtisadi islahatların paralel aparılması, eyni zamanda, idarəetmə mexanizminin daha da təkmilləşdirilməsi təşkil edir. Məhz bu, yeni mərhələdə – postneft dövründə strateji zərurət kimi çıxış edir.İqtisadi tərəqqi strategiyasının uğurla həyata keçirilməsi nəticəsində yeni inkişaf perspektivləri yaranıb. Sadalananlar fonunda bir nüansı xüsusi olaraq diqqətə çatdırmaq məqsədəmüvafiqdir. Belə ki, Azərbaycanın yeni mərhələdə iqtisadi inkişaf strategiyasının uğurlu olmasını şərtləndirən başlıca faktorlardan biri indiyə qədər həyata keçirilən strateji kursun effektivliyidir. Yəni iqtisadi bazis əsaslı olduğuna – fundamental xarakter daşıdığına görə islahatların səmərəliliyini təmin etmək və qarşıdakı mərhələdə daha uğurlu inkişaf dinamikası əldə etmək mümkündür. Bəllidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda əsaslı nailiyyətlər əldə edib, mühüm məsafə qət edilib. Bu faktor ölkəmizin davamlı inkişafının fundamental əsası qismində çıxış edib. Sosial-iqtisadi sahədə görülən işlərin real nəticələri gələcəyə optimist baxmağa əsas yaradır. Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button