AnalitikaGündəm

COP29-un Azərbaycanda keçirilməsi son dərəcədə əhəmiyyətlidir

Beynəlxalq tədbirlərin Bakıda keçirilməsi hər nə qədər adi hal səciyyəsi alsa da, COP 29, yəni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi təbii ki özünün əhəmiyyəti, mümkün nəticələri, eyni zamanda məsuliyyəti baxımından digər mötəbər tədbirlərdən fərqləndirilməlidir. Təkcə onu demək kifayət edər ki, sessiya müddətində Bakı on minlərlə turisti qarşıladı və ölkəmizin turizm potensialı bu konteksdən zənginləşdi.

Azərbaycan dövləti son illər bir neçə belə mötəbər beynəlxalq təşkilatlara ev sahibliyi edib. Amma bu bir qədər fərqlidir. Yəni xeyli dövlətin lideri, nümayəndəsi, təşkilat təmsilçiləri bu toplantılara iqlim dəyişikliyi ilə bağlı qatılır və fikir mübadiləsi aparırlar. COP29 konfransı ölkəmizdə həftələrlə, günlərlə davam edəcək və beləliklə də beynəlxalq aləmdə Azərbaycanın adı hallanacaq. Üstəgəl bunun başqa bir əhəmiyyəti də var. İkinci Qarabağ və antiterror tədbirlərindən sonra biz ərazi bütövlüyümüzü təmin etdik. Bizə qarşı müəyyən bəzi mərkəzlərin təzyiqləri var idi, amma bu cür toplantılara Azərbaycan ev sahibliyi etməklə bu təzyiqləri də netirallaşdırmış olur. Azərbaycanın belə bir beynəlxalq tədbirin keçirməsinə böyük dövlətlər şərait yaradıblar. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra belə bir nüfuzlu tədbirin ölkəmzdə keçirilməsinin böyük əhəmiyyəti var.

44 günlük müharibənin ardından Ermənistan və havadarları düşünürdülər ki, əsassız ittihamlarla ölkəmizin beynəlxalq nüfuzuna zərər vura biləcəklər. Lakin, COP 29 sessiyasının özü bütövlükdə bütün gözdən salma kompaniyasının süqutu deməkdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyində ölkəmizin beynəlxalq nüfuzu hər keçən il güclənir və həm ev sahibliyi etdiyimiz tədbirlər, həm də fərqli regionlardan dostlarımızın çoxalması uğurlu dövlət siyasətimizin məhsuldarlığını özündə əks etdirir.

Ramidə İbrahimova,
36 saylı şəhər poliklinikasının baş həkimi

Oxşar Xəbərlər

Back to top button