AnalitikaGündəm

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin iqlim həssaslığının dəyəridir

Son 20 ildə Azərbaycan yalnız yer­ləşdiyi Cənubi Qafqaz regionunda deyil, bütün dünyada ciddi söz sahibi olan döv­lət statusuna ucala bildi. Ölkəmizin təşəb­büsü ilə reallaşdırılan nəhəng transmilli layihələr və bu layihələrin nəticəsi kimi Azərbaycanın Avropanın etibarlı yana­caq-enerji təchizatçılarından birinə çev­rilməsi, şərqlə qərbi birləşdirən orta mar­şrutun və Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi beynəlxalq infrastrukturun fəaliyyətə başlaması dünyada ölkəmizin nüfuzu­nun sürətlə artmasına səbəb oldu. Belə nəhəng layihələri reallaşdırmaqla yanaşı, özünün iqtisadi və hərbi qüdrətini artıran respublikamız on illər ərzində işğal altında qalmış torpaqlarını ən qısa zaman kəsiyin­də düşmən əsarətindən azad etdi. Bu ha­disəyə qədər Azərbaycanın sürətli iqtisadi inkişafını görənlər indi də ölkəmizin hərbi qüdrətinin hansı zirvəyə yüksəldiyinə şa­hidlik etməli oldular.  Ölkəmizin təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan transmilli layihələr, şanlı Or­dumuz tərəfindən dünyada analoqu olma­yan hərbi ustalıqla torpaqlarımızın işğal­dan azad edilməsi Azərbaycanı dünyada tutarlı söz sahibinə çevirdi. COP29 Yer kürəsində baş verən iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və bununla bağlı danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, qeyri-hökumət təşkilatlarını və digər maraqlı tərəfləri bir araya gətirən, ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından sonra ən böyük bey­nəlxalq tədbirdir. Cari ilin noyabr ayında keçiriləcək bu konfrans iştirakçı sayına və miqyasına görə Azərbaycanın da in­diyədək evsahibliyi etdiyi ən böyük tədbir olacaq. Bakı iki həftə ərzində dünyanın mərkəzinə çevriləcək və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq. COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbayca­nın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin bir daha təsdiq edilməsi deməkdir. Bundan əlavə, belə bir mötəbər tədbirin respublikamızda keçirilməsi BMT tərəfindən ölkəmizdəki ictimai-siyasi və iqtisadi sabitliyə verilən qiymətin ifadəsidir. Son illər Azərbaycan bölgədə “yaşıl enerji”nin inkişaf etdirilməsi istiqamətində bir-birinin ardınca önəmli addımlar atır. COB29-un respublikamızda keçirilməsi, eyni zamanda, Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyin ifadəsidir.  Azərbaycan COB29-a evsahibliyi edə­cəyi 2024-cü ili ölkəmizdə “Yaşıl dünya na­minə həmrəylik ili” elan edib. Azərbaycan indi “yaşıl enerji” istehsalını artırmağa və “yaşıl enerji”ni dünya bazarlarına çıxarma­ğı hədəfləyir və artıq bu istiqamətdə ciddi addımlar atır. Bu, ölkəmizin enerji strategi­yasında yeni eranın başlanğıcı deməkdir. Hökumətin ölkədə “yaşıl enerji”nin in­kişafına dair müəyyənləşdirdiyi strategi­yaya uyğun olaraq 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması nəzərdə tutulur. Azərbaycanda keçiriləcək COB29 tədbiri bu potensialın reallaşdırıl­ması məqsədilə ölkəmizə xarici investisi­yaların cəlb edilməsinin ən münasib plat­forması olacaq.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button