COP29 ilə birlikdə diqqətlər bir daha Azərbaycanın üzərində olacaq
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi tariximizin ən mötəbər və məsuliyyətli təbirlərindən biridir.Azərbaycanın bu tədbirə ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın və inamın növbəti göstəricisi, habelə beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.Dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu bu mühüm beynəlxalq platformanın Azərbaycanda təşkili həm də ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyini təsdiqləyir. Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə sahəsində qarşıya qoyduğu məqsədlərinin qlobal çağırışlarla sıx uzlaşması artıq bizim üçün müəyyən təcrübə yaradıb. Böyük enerji şirkətləri ilə icra edilən yaşıl layihələr ölkəmizin təmiz enerji ölkəsinə transformasiyasına, ekoloji tarazlığı dəstəkləyən investisiyaların təşviqinə hesablanıb. Qlobal iqlim dəyişikliyini nəzərə alaraq, Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi, təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadənin təşviqi, təkrar emal və çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı layihələri dəstəkləyir və icra edir. Yüksək gəlirli ölkələrdə adambaşına düşən karbon izi aşağı gəlirli ölkələrin səviyyəsindən 10 dəfə yüksəkdir. Sağlamlıq böhranı və çirklənmə indiki və gələcək nəsillər üçün optimal həyat şəraitinin təmin edilməsinə maneə olan əsas amillərdir. Bu kontekstdə yaşıl xidmətlərə üstünlük verilməsi, yaşıl nəqliyyat vasitələrinin seçilməsi ilə çirklənmənin azaldılması və fərdi səviyyədə görülən hər hansı digər ekoloji təmiz tədbirlər kimi müəyyən edilən ekoloji istehlak əhalinin sağlamlığının qorunmasında böyük rol oynayır. İstehlakın bir çox aspektləri var ki, sadə dəyişikliklər bütövlükdə cəmiyyətə böyük təsir göstərə bilər. Sənaye təşkilatları yaşıl marketinq strategiyaları vasitəsilə istehlakçı seçimlərinə təsir etməkdə mühüm rol oynayır. Qlobal çağırışlara əsasən hökumətlər tullantıların istehsalının azaldılması üçün hədəflərin müəyyən edilməsi, dairəvi iqtisadiyyat təcrübələrinin təşviqi və davamlı satınalma siyasətlərinin dəstəklənməsi kimi tədbirləri əhatə edən siyasət və qaydaları həyata keçirməli və tətbiq etməlidir. Azərbaycanda ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqət yetirilir. Bu, COP29-un ətraf mühitə mənfi təsirini azaltmağa kömək edə bilər. Eyni zamanda davamlı inkişaf prinsiplərinə sadiqdir. Bu, iqlim dəyişikliyi məsələlərinin ölkənin digər fəaliyyət sahələrinə inteqrasiyasını asanlaşdıra bilər. Azərbaycan ekologiya və iqlim sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fəal iş aparır. COP29 mövcud qaydaları müzakirə etmək və təkmilləşdirmək imkanı verəcək.
Eyvazlı Rza,
YAP-ın gənc fəalı