Analitika

COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir

XXI əsr müxtəlif siyasi və iqtisadi hadisələrin zamanı kimi tarixləşməkdədir. Bu sıradan Cənub Qaz Dəhlizi də, Yaşıl Enerji amili də əhəmiyyətlidir. Azərbaycan bu məsələlərə özəl siyasi dəstəyi ilə tanınır. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda müxtəlif miqyaslı toplantılar keçirilir, müzakirələr aparılır. Mart ayının 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibə də bu məsələlərə, bu məslələrlə bağlı müəyyən məqamlara aydınlıq gətirdi. Müsahibənin ümumi ahəngi Azərbaycanın istər siyasi, istərdə də iqtisadi qüdrətinin təsdiqi kimi dinlənildi: “Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik”. Azərbaycan dünyanın maraq dairəsində olan dövlətlər sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibədə perspektivlərdən də söz açdı ki, bu da dünyəvi problemin həlli istiqamətində ümidverici nəticələrin optimallaşacağı deməkdir: “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik” Müsahibə həm də əməkdaş dövlətlərə dəyərli tövsiyə ilə tamamlandı: “Görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir. Nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibə iqtisadi əməkdaşlığı əhatələyən beynəlxalq münasibətlər baxımından tarixi müsahibə kimi izlənilir. Müsahibəsinin sonunda ölkə başçısı qeyd etdi ki, “Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Hazırda Azərbaycanın təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorları vardır. Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişib. Prezidentin də bildirdiyi kimi on il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button