AnalitikaGündəmSiyasət

Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq istiqamətində yeni səhifə açılır

8 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçirildi və bir sıra sənədlər imzalandı. Trampın prezidentliyə qayıdışı ilə dünya üzrə müharibələrin sona çatdırılması mövqeyi bu görüşdə öz təsdiqini tapdı. Vaşinqton görüşündən öncə sülh üçün nikbin proqnozlar mövcud idi və görüş nəticələri buna tam uyğundur. ABŞ lideri ilə Azərbaycan Prezidentinin açıq dialoqu dövlətimizin başçısının beynəlxalq səviyyədə mövqeyinin yüksək olduğunu göstərir. İki ölkə arasında strateji tərəfdaşlıq üçün Strateji İşçi Qrupunun yaradılması barədə sənəd imzalandı.

907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Trampın sərəncamı isə Azərbaycanın uzun müddətdir gözlədiyi ədalətin bərpası oldu. Bu düzəliş erməni lobbi təsiri ilə yaranmış və Azərbaycan-ABŞ münasibətlərində əngəl kimi çıxış edirdi. Vaşinqton görüşünün ən mühüm nəticəsi Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində atılan əhəmiyyətli addımlar oldu. Xarici işlər nazirləri sülh sazişi layihəsini parafladı və Minsk Qrupunun fəaliyyəti dayandırıldı ki, bu da Azərbaycanın əsas tələblərindən biridir.

Birgə Bəyannamədə iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı bənd xüsusi yer alır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması, həmçinin Ermənistan ərazisində “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev Vaşinqtonda çıxışında Cənubi Qafqazda sülhün təmin olunmasının region və dünya üçün böyük imkanlar açdığını qeyd etdi. Ermənistanın konstitusiyasında ərazi iddialarının aradan qaldırılması sülh müqaviləsinin imzalanması üçün əsas şərtdir.

Xəyal Rzayev,
Yeni Azərbaycan Partiyasının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button