AnalitikaGündəm

Cəbrayılın işğaldan azad edilməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü baxımından mühüm bir hadisədir

Prezident İlham Əliyev 2024-cü il 4 oktyabr tarixində Cəbrayıl şəhərində etdiyi çıxışla İkinci Qarabağ müharibəsində Azərbaycanın zəfəri və Cəbrayılın azad olunmasının əhəmiyyətini bir daha vurğulayıb. Cəbrayıl şəhərinin azad edilməsi yalnız hərbi cəhətdən deyil, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyıb. Bu əməliyyat Ermənistan ordusunun müharibənin ilk günlərində aldığı böyük zərbə olub və Azərbaycan xalqının ruh yüksəkliyi verib.

Cəbrayılın inkişafı ilə bağlı infrastruktur layihələrinin dərhal icrasına başlanılıb. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. Azad edilmiş torpaqlarda görülən genişmiqyaslı bərpa işləri, Azərbaycanın gücünü və qətiyyətini nümayiş etdirir. Bütün şəhər və kəndlərdə infrastruktur layihələri dəqiqliklə planlaşdırılıb və həyata keçirilməkdədir. Dövlət başçımız həmçinin Azərbaycanın keçmiş köçkünlərə olan qayğısını da xüsusi qeyd edərək, Cəbrayılda inşa edilən çoxmənzilli binaların onların həyat şəraitini yaxşılaşdırmağa yönəldildiyini vurğulayı. Bu binalar dövlətin keçmiş köçkünlərin normal yaşayış şəraitini təmin etmək üçün göstərdiyi səylərin bir göstəricisidir. Doğma torpaqlarımızın öz əzəli sahiblərinə geri qaytarılması bizim şərəfli tariximizdir. Məhz Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuz sayəsində əsrlər boyu yaddaşlardan silinməyəcək Zəfər tarixini yazdıq. Cəbrayılın işğaldan azad edilməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü baxımından mühüm bir hadisədir.

Bir daha bildirmək istərdim ki, bugün işğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. İşğaldan azad olunan yaşayış məskənlərimizin tarixi Azərbaycan adları bərpa olunub. Bunlar Azərbaycan xalqını qürurlandırır və qələbəyə olan inamını daha da artırır. Bu eyni zamanda düşmənə verilən tarixi dərsin nəticəsidir.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button