Dünya
Çavuşoğluna yeni vəzifə verildi
Türkiyə Böyük Millət Məclisinin deputatı, ölkənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğluna yeni vəzifə verilib.
Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, ölkənin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri təyin olunub.
Çavuşoğlunun özü də bu barədə tviterdə yazıb: “Türkiyə Böyük Millət Məclisində 28-ci Dövr NATO Parlament Assambleyası (NATO PA) çərçivəsində ilk iclasımızı keçirdik. Fürsətdən istifadə edərək bütün komissiya üzvlərimizi təbrik edir, onlara vəzifələrində uğurlar arzulayıram”.
Xatırladaq ki, M.Çavuşoğlu 2014-2023-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsini tutub.