Mütəqilliyini bərpa etmiş Azərbaycan Respublikası demokratik hüquqi dövlət qurmağı ən öndə vəzifələrdən biri hesab etmək, insan hüquqlarınn müasir konsepsiyasını ölkə Konstitusiyası səviyyəsində tanınmış və onun normativ əsasını yaratmışdır. Məhz bundan irəli gələrək Ümumilider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyazmızda insan və vətandaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi 12 maddədə bəyan edilmişdir.
Hər bir insan mənsub olduğu irqindən, cinsiyyətindən, dilindən, dinindən, siyasi baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən və başqa hallardan asıllı olmayaraq insan hüquqlarının da daxil olduğu fundamentalazadlıqlara malikdir. Ən əsası isə Azərbaycan xalqının əzəldən azadlığa ,bərabərliyə, ədalətə, siyasi və sosial fəallığa can atması insan hüquqları sahəsində böyük töhfələr verməsi ilə nəticələnib.
Konstitusiyaya görə respublikamızda hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır.Hər bir hakimiyyətin yalnız xalqın iradəsi əsasında əldə oluna bilər. Hakimiyyət icra, qanunverici və məhkəmə hakimiyyətlərinə bölünür.
Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyət kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanun vericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir.
Təsadüfü deyil ki, Konstitusiyamızın müəllifi , Ulu Öndər Heydər Əliyev Əsas Qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirdi: “Bizim yeni Konstitusiyamız, Şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq , yaşatmaq , üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün naliyyətlərdən , demokratiyasahəsində inkişaf etmiş dövlətlərin konstitusiyası təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsuz tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”
Məhz bunu nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. İnsan və vətandaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfü deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Beləki, 5 bölmə, 12 fəsil, 158 madəddən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer veriməsi ölkəmizin demokratiya ideyalarına sadiqlyinin göstəricisidir.
İnsan hüquqlarina hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur. Təbii ki, sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. İnsan hüquqlarının müdafiəsi sahəsində qarşıda duran əsas məsələlərdən biri müasir dünyada ikili standartlara qarşı mübarizədir.
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə apardığı silahlı təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuşdur, adi insan hüquqlarından məhrum olan bir milyondan çox soydaşlarımız evlərindən didərgin salınmış, hüquqları pozulmuşdur. İnsanlarımız illərlə və min bir əziyyətlə tikib qurduqları evlərindən, xoş güzəranlarından məhrum edilmişdilər. Xocalı, Malıbəyli, Qarakənd, Başlıbel faciələri və digər qətliamlar Ermənistanın insan hüquq və azadlıqlarının heçə saymasının bariz nümunəsidir.
Uşaqlar, qadınlar qətlə yetirildi, əsir və girov götürüldü. Dünya ictimaiyyəti və bu faciələri görməzdən gəldi və heç bir münasibət bildirmədi, insan hüquqlarını heçə sayan Ermənistana təzyiq göstərmədi. Məgər, dünyada bütün insanların hüquqları eyni deyilmi?! Bəs insan hüquqları ilə bağlı qəbul edilən konvensiyalar , bəyannamələr hansı işə yarayır? Azərbaycan xalqı və dövləti hüququnun özü bərpa etdi. Azərbaycan Republikası hazırda öz tarixi günlərini qürurla qeyd edir. Biz işğala yalnız 30 il dözdük . Kimlərinsə köməyi , dəstəyi ilə torpaqlarımızı işğal edən Ermənistan fərqinə varmırdı ki, bu xəyanətin sonu onun üçün bu qədər ağır olacaq. Azərbaycan ordusu 30 ildən sonra 20 faiz torpaqlarını düşməndən geri aldı. Azərbaycan həm ölkə tarixində , həm də dünya tarixində tarix yazdı, Cənubi Qafqaz regionunda yeni reallıq yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi , siyasi iradəsi ilə tarixlər yazmağa davam edən ordumuz Zəfərimizdən 3 il sonra isə bizi illərdi həsrət qaldığımız Xankəndinə, Xocalıya qovuşdurdu. Azərbaycan Vətən müharibəsi və antiterror tədbirləri ilə nəinki ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi , həm də uzun müddət evlərindən didərgin salınan vətəndaşlarımızın hüquqlarını özünə qaytardı. Çünki doğulduğu torpaqda yaşamaq hər bir vətəndaşın haqqıdır .
Bu gün xalqımız bütün milli bayramlarını, ələmatdar tarixlərini, o cümlədən Konstitusiya Gününü daha böyük coşqu və qurur hissi ilə qeyd edir. Ona görə ki, indi bütün torpaqlarımız azaddır, ərazi bütövlüyümüz bərpa edilib. Tarixi zəfərimiz dövlətimizin konstitusion əsaslarını da tam təmin etdi. Artıq konstitusiyamızın normaları bütün Azərbaycan ərazisində qüvvədədir.
Aynur Məmmədova,
Bakıxanov qəsəbəsi, 271 nömrəli tam orta məktəbin tarix müəllimi