Analitika

Bu gün Azərbaycan xalqının həyatında ən şanlı, ən qürurlu gündür

Sentyabrın 27-dən başlayan 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya mərdliyini, mübarizliyini,“Dəmir yumruğun” gücünü göstərdi.  Pezident İlham Əliyev yalnız hərb meydanında deyil, diplomatik sahədə, informasiya mübarizəsində belə Azərbaycan xalqının səsi oldu. Bütün təziqlərə baxmayaraq, öz haqlı savaşını sona qədər apardı. Ermənistan ordusu, Paşinyan hakimiyyəti reallığı qəbul edib, ağ bayraq qaldırdı və noyabrın 10-u “Kapitulyasiya” aktına imza atdı. Beləliklə 30 ilə yaxın işğalda olan torpaqlarımız güclü lider və rəşadətli Azərbaycan ordusu tərəfindən geri qaytarıldı. Ərazi bütövlüyümüz bərpa olundu.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu 5 Şəhəri, 4 qəsəbəni, 286 kəndi və Azərbaycan – İran sərhəddini işğaldan azad etdi.İmzalanmış bəyanətə əsasən Noyabrın 20-də Ağdam, Noyabrın 25-də Kəlbəcər, Dekabrın 1-də isə Laçın şəhəri Azərbaycana təhvil verildi və beləkilə, başlanan vətən müharibəsi sərhədlərimizin tanınması, torpaqlarımızın geri qayıtması ilə yaxınlaşdı. Prezident İlham Əliyev  2020- ci il 3 dekabr tarixində hər il “8noyabr” “Zəfər günü” kimi bayram günü olaraq təntənəli şəkildə qeyd edilməsi haqqında sərəncam imzaladı.

Bu gün Azərbaycan xalqı tarixi zəfərini yaşayır. Bu tarixi zəfəri qorumaq üçün xalq olaraq hər zaman Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik. Onun yürütdüyü siyasəti dəstəkləməli , birgə bu yolda yürüməli və gələcək nəsilə ötürməliyik.

Yaşasın Ali Baş Komandan İlham Əliyev !

Yaşasın Azərbaycanın Müzəffər Ordusu !

Qarabağ Azərbaycandır !

Səbinə  Həsənova,
Yeni  Azərbaycan  Partiyası  Nizami  rayon fəal üzvü

Oxşar Xəbərlər

Back to top button