Bu gün Azərbaycan xalqı tarixi zəfərini yaşayır
Sentyabrın 27-dən başlayan 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya mərdliyini, mübarizliyini,“Dəmir yumruğun” gücünü göstərdi. Pezident İlham Əliyev yalnız hərb meydanında deyil, diplomatik sahədə, informasiya mübarizəsində belə Azərbaycan xalqının səsi oldu. Bütün təziqlərə baxmayaraq, öz haqlı savaşını sona qədər apardı. Ermənistan ordusu, Paşinyan hakimiyyəti reallığı qəbul edib, ağ bayraq qaldırdı və noyabrın 10-u “Kapitulyasiya” aktına imza atdı. Beləliklə 30 ilə yaxın işğalda olan torpaqlarımız güclü lider və rəşadətli Azərbaycan ordusu tərəfindən geri qaytarıldı. Ərazi bütövlüyümüz bərpa olundu.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu 5 Şəhəri, 4 qəsəbəni, 286 kəndi və Azərbaycan – İran sərhəddini işğaldan azad etdi.İmzalanmış bəyanətə əsasən Noyabrın 20-də Ağdam, Noyabrın 25-də Kəlbəcər, Dekabrın 1-də isə Laçın şəhəri Azərbaycana təhvil verildi və beləkilə, başlanan vətən müharibəsi sərhədlərimizin tanınması, torpaqlarımızın geri qayıtması ilə yaxınlaşdı. Prezident İlham Əliyev 2020- ci il 3 dekabr tarixində hər il “8noyabr” “Zəfər günü” kimi bayram günü olaraq təntənəli şəkildə qeyd edilməsi haqqında sərəncam imzaladı.
Vətən müharibəsi göstərdi ki, məhz bu amil ölkəmizin gücünə güc qatdı, Zəfərimizi tarixi gerçəkliyə çevirdi. Budur, bütün regional layihələrdən təcrid olunmuş “dalan Ermənistan”dan fərqli olaraq, Azərbaycan transmilli layihələrlə regionda tamami ilə yeni mənzərə yaratmışdır. Məhz Azərbaycan Respublikası regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Bizim ölkənin təşəbbüsləri yalnız öz xalqımızın, öz ölkəmizin deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarına cavab verir. Bu isə respublikamızın regional və beynəlxalq nüfuzunu gücləndirir.Azərbaycan uzun illər bütün aparıcı beynəlxalq təşkilatlarla işbirliyi içində olub, ən ədalətli həll üçün hüquqi baza hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, digər təşkilatlar müvafiq qətnamələr qəbul edib. Avropa Birliyi ilə paraflanmış sənəddə sınırlarımızın toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilib.Azərbaycan 30 il davam edən beynəlxalq riyakarlıqlarla da üz-üzə qaldı. İşğalçı ilə işğala məruz qalmış tərəfə eyni münasibət bəslənməsi nə demək idi?! Elə ona görə də, beynəlxalq qətnamələr kağız üzərində qalırdı. Ta ki, Azərbaycan dövləti, dövlət başçısının siyasi iradəsi, dövlət-xalq birliyi öz tarixi sözünü deyib, öz tarixi əyarını göstərənədək!
2020-ci il noyabrın 20- də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi. Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10- nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixini dəyişdirilməsi barədə qərar qəbul etdi. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə Zəfər Günü hər il noyabrın 8- də təntənəli şəkildə qeyd edilməsi qərara alındı.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi