Analitika

Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib

Əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq–Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən, Azərbaycan Respublikası Konstitusiyasına əməl edəcəyimə, dövlətimin müstəqil və azad ərazi bütövlüyünü qoruyacagıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm.

Daha sonra Prezident əlini müqəddəs Qurani-Şərifə əl basaraq-Xalqımın əsrlər boyu yaratdıgı milli-mənəvi dəyərlərinə və ənənələrinə sadiq olacagıma, onları uca tutacagıma and içirəm.

İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərdi. 2003-cü ilk dəfə seçiləndə İlham Əliyev xalqı əmin etmişdi ki, qarşısında duran bütün vəzifələri icra edəcəkdir və belədə oldu. Bu illər ugurlarla, qələbələrlə dolu oldu. Çətinliklər, problemlər olsada Azərbaycan xalqı bir yumruq olaraq ugurlara birgə yol aldı. Əldə olunan bütün naliyyətlər  birgəliyimizin bacarıgıdır.Biz bütün dünyaya sübut etdik ki, böyük xalqıq.

Taleyimizi, qarşımızda duran bütün problemləri özümüz həll etdik. Azərbaycan xalqı öz ərazisində,ikinci erməni dövlətinin yaradılmasına imkan vermədi. Vətən müharibəsində bir yumruq olaraq torpaqlrımızın böyük hissəsini azad etdik. Mədəniyyət paytaxtımız Şuşa azad edildi. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan gəncinin sücaəti fədakarlıgı, qəhrəmanlıgı sayəsində bü gün azad Qarabagda yaşayırıq.

– İkinci Qarabag müharibəsi olmaya bilərdi,əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında duran qüvvələr beynəlxalq hüquqa BMT təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl edilsəydi. Əfsuslar olsun ki, bütün çagırış və xəbərdarlıgımız havada qaldı, və buna görə də 44 günlük vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqı bu işgalla barışmadı. Ermənistan ordusu məhv edildi, 12mindən çox fərarisi oldu. Amma Azərbaycan ordusundan bir nəfər belə ordudan yayınmadı. İkinci Qarabag müharibəsi Ermənistanın Kaputulyasiya aktına imza atmaga, ag bayraq qaldırması ilə başa çatdı. Üç il keçməsinə baxmayaraq Ermənistan  öz öhdəliklərinə əməl etmir. İmzalanmış öhdəliklərdən boyun qaçırır. Sentyabrda keçirilmiş antiterror əməliyyatı qaçılmaz idi. Bununlada Azərbaycan ərazisi bütövlüyünü ,həm də dövlətçiliyini bərpa etdi. Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Milli birliyimiz daimi olmalıdır. Bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, həm də qaçılmazdır.

Buna görə elə bir nəsil yetişdirməliyik ki, onlar daimi milli ənənələrə , milli mənəvi dəyərlərə sadiq olsunlar. Bu gün özünü sübut edən gənclər kimi. Ulu Öndər Heydər Əliyevin bizə qoydugu dəyərli misralardan biri də, məhz azərbaycançılıq məfkurəsidir.

Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, ugurla inkişaf edir.Öz xarici siyasətini də buna uygun şəkildə aparır.Sosial sahədə işlər göz qabagındadır. İqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır.

Ölkəmizdə keçirilən 7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisidir. Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycan xalqı ilk dəfə olaraq ərazilərimizin hər yerində, 30 il işgalda olan torpaqlarımızda seçkidə iştirak etdi.Prezident İlham Əliyevin prezident kimi fəaliyyətinin 20 ilinin tamamlanması bir dövrüdür. 20-ildən sonra yenidən prezident seçkisinin keçirilməsi təbii ki bu xronoloji dövrü də əsaslandırmış olur. Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Xankəndi şəhərində səs verməsi  əlamətdar bir hadisə olaraq ölkəmizin əbədi tarixində qalacaqdır.

Prezident İlham Əliyevin inamlı qələbəsi xalqın ona olan sevgisini, inamını, birliyini bir daha sübut etdi. Azərbaycan xalqı Qalib xalqın, qalib lideri ilham Əliyevi seçərək Azərbaycanın parlaq gələcəyinə imza atmış oldu.

Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon fəal üzvü

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button