Analitika

Bu gün Azərbaycan bölgədə yeni reallıqlar formalaşdırır

Tarixə nəzər salsaq, Ermənistan əsrlər boyu Azərbaycan torpaqlarına açıq şəkildə ərazi iddiası irəli sürmüş və etnik zəmində təxribatlar həyata keçirmişdir. Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi  uğrunda gedən mübarizədə Azərbaycan xalqı, əsgər  və zabitləri bir yumruq kimi əzm və iradə nümayiş göstərərək düşmənə sarsıdıcı zərbələr vuraraq tarixi qələbəyə imza atmışdır.

44 günlük Vətən müharibəsindən nəticə çıxarmayan Ermənistan Azərbaycana qarşı zaman-zaman terror siyasəti apararaq terrorçu xislətini açıq şəkildə göstərmişdir. Ermənistanın Qarabağ ərazisində yerləşən silahlıları tərəfindən Azərbaycan Ordusunun bir neçə istiqamətdən mövqelərinə atıcı silahlardan və yüngül artilleriyadan istifadə olunmaqla zərbələr endirməsi Azərbaycan ordusu tərəfindən  sərt cavab verilərək susduruldu. Onların  revanş haqqında düşüncələri darmadağın edildi. Ermənistanın törətdiyi bu vəhşilik birmənalı şəkildə qəbul edilməzdir. Bu problemin yeganə həll yolu antiterror tədbirlərinin keçirilməsi və separatizmin ləğv edilməsidir. Beynəlxalq təcrübə də təsdiq edir ki, ölkə daxilində separatçı-terrorçu qruplaşmalarının məhv edilməsinə yalnız güc tətbiqi ilə nail olmaq mümkündür.

Bu gün Azərbaycan bölgədə yeni reallıqlar formalaşdırır. Bu reallıqlar sülhə, əmin-amanlığa söykənir. Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgəmiz üçün yeni perspektivlər vəd edir. Azərbaycan dövləti Qarabağı cənnətə çevirmək üçün əzmlə çalışır. Ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən, uğurlu daxili və xarici siyasətidir ki, bu gün Azərbaycan regionun güclü dövlətidir. Bir şəxsiyyət olaraq İlham Əliyevin dediyi sözlər və verdiyi qərarlar birmənalı şəkildə hər kəsdə güvən və etibar yaradır. İşğaldan azad edilən ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlərin sürətlə davam etdirilməsi ölkəmizin düşünülmüş siyasətinin nəticəsidir. Xalqımız öz tarixi torpaqlarına 30 illik işğala son qoyaraq, tarixi ədaləti bərpa edərək geri qayıdır. Ermənistan tərəfindən viran qoyulmuş, dağıdılmış Azərbaycan torpaqları öz sahibinə  qovuşaraq özünün yeni çiçəklənən dövrünə qədəm qoyur. Dövlətimiz qısa zaman müddətində zəfər çalmış ölkə olaraq işğaldan azad edilmiş torpaqlarını cənnətə çevirir.

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button