AnalitikaGündəm

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına Azərbaycan Respublikası ev sahibliyi edir

Müasir dövrdə bütün dünyanın diqqət mərkəzində olan çeşidli qlobal problemlərin mövcudluğu  bəşəriyyətin gələcəyini təhlükə altında qoymuşdur. Bu problemlərin həll yolunu müzakirə etmək və lazımi təkliflərin irəli sürülməsi üçün keçirilən genişmiqyaslı tədbirlərdən biri COP29-dur.

2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına Azərbaycanın ev sahibliyi etməsi həm böyük qürur hissi, həm də böyük məsuliyyət hissi yaratmışdır. Belə ki, illərlə Azərbaycan Respublikasının beynəlxalq imicinə vurulmuş zərbələrə baxmayaraq, 200 ölkənin razılığı əsasnda COP29 tədbirinin ölkəmizdə keçirilməsi qərara alınmışdır. Bu qərar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin beynəlxalq arenada əldə etdiyi uğurun nəticəsidir.

Noyabrın 12-də 80 dövlət başçısının, hökumət başçısı və vitse-prezidentlərin iştirakı ilə baş tutmuş Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində Azərbaycan Respublikasının lideri İlham Əliyev dövlətimizin fəal rolunu qiymətləndirildiyini xüsusilə qeyd etmişdir. Bu fəallıq inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında vasitəçi olmaqla yanaşı, həm də bilavasitə tədbirin iştirakçısı və konfransın məqsədinə müvafiq yeni layihələrin təşəbbüskar tərəfi kimi çıxış etməsində özünü göstərir. Prezidentimiz İlham Əliyev qeyd etmişdir: “ COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək”.  Azərbaycan 80-dən çox ölkəyə yardım göstərmiş və diqqətdən kənarda qalmış 20 kiçik ada ölkəsinə dəstək vermişdir.

Digər tərəfdən COP29 tədbirinin Azərbaycanda keçirlməsinə qarşı süni maneələr yaratmağa çalışan tərəflər öz məqsədlərinə çata bilməmişlər, prezidentimizin verdiyi statistikaya əsasın konfransda 196 ölkədən 72 min qeydiyyata alınmış şəxs iştirak etmişdir. Konfransın yüksək səviyyədə təşkil olunması, təhlükəsizlik tədbirlərinin daimi diqqətdə saxlanılması digər dövlət nümayəndələri tərəfindən qiymətləndirilməkdədir. İlk çıxışların müvəffəqiyyətlə heçirilməsi göstərir ki, növbəti iki həftə ərzində bir çox mühüm müzakirələr aparılmağa davam edəcək və nəticə olaraq, Azərbaycan multikulturalist dövlət olaraq dünya xalqlarının gələcək həyatında böyük rol oynamış olacaqdır.

Əzizzadə Nəzakət,
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin tarix müəllimi 

Oxşar Xəbərlər

Back to top button