Birləşmiş Ərəb Əmirlikləri-Azərbaycan ikitərəfli əlaqələri ilbəil inkişaf edir
Birləşmiş Ərəb Əmirlikləri-Azərbaycan ikitərəfli əlaqələri ilbəil inkişaf edir. Hazırda iki ölkə arasında əlaqələrin inkişafına qarşılıqlı maraq var: “Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ildə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk İslam ölkələrindən biridir. Bu, Azərbaycan üçün mühüm bir dəstək idi. Bu gün isə müxtəlif sahələrdə ikitərəfli əlaqələri inkişaf etdirmək üçün hər iki dövlət tərəfindən qarşılıqlı istək var”. Azərbaycan və BƏƏ arasında əlaqələrin inkişafında dövlət liderlərinin böyük rolu var: “Tarix bir çox şəxsiyyətlər yetişdirmişdir, lakin onların hamısı tarix yarada bilməmişdir. Şeyx Zayed və Heydər Əliyev bəşər tarixində yerli və beynəlxalq səviyyədə iz qoymuş liderlərdəndirlər. 1994-cü ildə Kasablanka şəhərində İslam Sammiti çərçivəsində Heydər Əliyev və Şeyx Zayed bin Sultan Al Nahyan arasında keçirilən tarixi görüşdən sonra ikitərəfli münasibətlər bütün sahələrdə sürətlə inkişaf etməyə başlamışdır. BƏƏ və Azərbaycan xalqı həm regionda, həm də hər iki ölkədə xidmətlərinə görə bu iki liderə öz sevgisini və minnətdarlığını ifadə edirlər. Ölkələrimiz arasında ikitərəfli əlaqələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nahyanın dövründə daha da genişlənmişdir və indi də müxtəlif sahələrdə ildən-ilə inkişaf edir” Dövlətlərimiz arasında siyasi dialoqun yüksək səviyyədə olmasının iki ölkənin liderləri arasında səmimi dostluq münasibətlərindən, onların müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəldiyini vurğulayıb. Bu günədək iki ölkə arasında əməkdaşlığa dair 30-dan çox sənəd imzalandığını, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə artdığını qeyd edib. Dubay şəhərində 2017-ci ildən ölkəmizin ticarət nümayəndəliyinin, 2019-cu ildən “Azərbaycan Ticarət Evi”nin fəaliyyət göstərdiyini bildirib. Azərbaycan və BƏƏ Hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafında mühüm rolunu qeyd edək ve Azərbaycanın “Expo 2020 Dubai” beynəlxalq sərgisinə dəstək verən ilk ölkələrdən olduğunu diqqətə çatdırmaq lazımdır.. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında sənədlərin imzalanması əlaqələrin davamlığına əsaslanır. Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi” və “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi” imzalanıbdır. İki ölkə arasında münasibətlər bir çox sahədə strateji əhəmiyyət daşıyır. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. “Masdar” ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.Son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. Bu əlaqələr münasibətlərin daha yüksək səviyyedə qaldırılmasına öz töhfəsini verir. “Masdar” şirkəti tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş xatirə medalı Prezident İlham Əliyevə təqdim olunması dövlətlərarası münasibətin dostluğa söykəndiyini bir daha göstərir.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı