Beynəlxalq təşkilatlarda Azərbaycan və İraq arasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədə həyata keçirilir
İraq Azərbaycanla tarixi bağları olan, dost ölkədir. Amma iki ölkə əlaqələrinin tarixi bağları daha dərindir. Hazırda Azərbaycan və İraq arasında əlaqələr inkişaf edir, beynəlxalq təşkilatlarda əməkdaşlıq var. 1974-cü ildə İraq Respublikasının Azərbaycanda Bakı şəhərində Baş Konsulluğu fəaliyyət göstərirdi. SSRİ respublikaları arasında yeganə ilk İraq konsulluğu burda açılmışdı. Bu da hər iki ölkə arasında tarixi əlaqələrin olduğunu sübut edir. Sovet İttifaqının dağılmasından sonra İraq Azərbaycanın müstəqilliyini tanıyan ilk on dövlətlərdən biri olmuş və 1992-ci ildən etibarən ölkələrimiz arasında diplomatik əlaqələr səfirlik səviyyəsinə yüksəlmişdir. Azərbaycan və İraqı tarixi, dini, mədəni, qardaşlıq əlaqələri bağlayır. Hazırkı əlaqələrimiz də bu tarixi bağlara söykənir. Son iki ildə İraqdan Azərbaycana bir neçə yüksək səviyyəli nümayəndə heyətləri səfər edib. Bunlar arasında parlament nümayəndə heyətinin, bir neçə nazirin səfərləri var. 2021-ci ilin avqustunda Azərbaycan-İraq hökumətlərarası birgə komissiyasının ikinci iclası keçirilib. Bu da iki ölkə arasında əməkdaşlıqda böyük bir rol oynayır. Hazırda hər iki ölkə üçün prioritet məsələlərdən biri ticarət dövriyyəsinin yüksəldilməsidir, eyni zamanda neft-qaz sahəsində əlaqələrin inkişafına töhfə verəcək sənədlər üzərində iş gedir. Həmçinin, turizm sahəsi bizim üçün çox önəmlidir. 2015-ci ildə Azərbaycan və İraq arasında birbaşa təyyarə reysləri açıldı və bu, ölkələrimiz arasında turizmin inkişafına böyük dəstək verdi. İraqdan Azərbaycana gələn turistlərin sayı 80 minə yüksəlmişdi. Azərbaycanla İraq arasınında münasibətlər sistemi əla qurulub, dinlərarası, məzhəblər arası münasibətlər əladır. Müxtəlif təbəqədən insanlar fərqli din və məzhəblərə mənsubdur və bu məsələdə ölkədə hər hansı problem yoxdur. Beynəlxalq təşkilatlarda Azərbaycan və İraq arasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədə həyata keçirilir. İraq Azərbaycan tərəfini, Azərbaycan isə İraqı dəstəkləyir. Qoşulmama Hərəkatı Təşkilatının çərçivəsində də Bakı və Bağdad sıx əməkdaşlıq edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pandemiya dövründə BMT-nin COVİD-19-a həsr olunmuş virtual konfransının keçirilməsi təşəbbüsünə ilk dəstək verən ölkələrdən biri də İraq idi. Bu konfrans yüksək səviyyədə keçdi. Ölkəmiz daim beynəlxalq hüquq və normalara riayət edir. Beynəlxalq təşkilatların verdiyi qərarlara uyğun olaraq ölkələri dəstəkləyir, siyasətini qurur. Bu mövzuda bizim mövqeyimiz aydındır.
İraq siyasi baxımdan sabitləşib. İraqa çətin günlərində dəstək verən ölkələrdən biri də Azərbaycandır. Bu baxımdan Azərbaycanla əməkdaşlıq bizim üçün önəmlidir. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində İraqı daim dəstəkləyib. İraq da 44 günlük şərəfli mübarizəsində Azərbaycana dəstək verdi. İraq parlamentində Azərbaycanla münasibətlərin daha da inkişafı üçün mütəmadi işlər görülür.
Rzayeva Səba,
YAP-ın gənc fəalı