Gündəmİdman

Beşiktaş”dan sağ cinah üçün yeni həmlə

“Beşiktaş” klubu sağ cinah hücumçusu axtarışlarını davam etdirir.

Aktualinfo Media Qrup “A Spor”a istinadən xəbər verir ki, “Qartallar”ın əsas hədəfi hazırda “Benfika” forması geyinən Dodi Lukebakiodur.

Məlumata görə, İstanbul təmsilçisi belçikalı ulduzu satınalma şərti ilə icarəyə götürmək niyyətindədir və artıq bu məqsədlə Portuqaliya klubu ilə təmasları xeyli sürətləndirib.

Baş məşqçi Vinçentso İtalianonun komandasında görmək üçün israr etdiyi Lukebakionun transferi üzrə danışıqların bu həftə ərzində yekunlaşacağı ehtimal olunur.

Qeyd edək ki, 28 yaşlı hücumçu cari mövsümdə Portuqaliya klubunun heyətində 3 matçda iştirak edərək, aktivinə 1 qol və 1 məhsuldar ötürmə yazdırıb. Əlavə edək ki, belçikalı futbolçunun “Benfika” ilə müqavilə müddəti 2030-cu ilin yayına qədərdir və onun hazırkı transfer dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.

Oxşar Xəbərlər

Back to top button