Gündəmİdman

“Barselona” Robert Levandovski ilə bağlı qərarını verib

İspaniyanın “Barselona” komandası futbolçusu Robert Levandovskinin gələcəyi ilə bağlı qərar verib.

Victorytime.az AZƏRTAC-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi 36 yaşlı hücumçunun çıxışından razı qalıb və növbəti mövsümdə də onun xidmətindən yararlanmaq niyyətindədir. La Liqa klubunun yeni hücumçu axtarışında olmadığı bildirilib.

Bununla da polşalı oyunçunun müqaviləsi avtomatik olaraq 2026-cı ilin yayına qədər uzadılacaq.

Bu mövsüm Robert Levandovski “Barselona”nın heyətində 20 matçda iştirak edib, 22 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalında futbolçunun dəyəri 15 milyon avro göstərilib.

Qeyd edək ki, “Barselona” hazırda İspaniya çempionatında 15 oyundan sonra 34 xalla turnir cədvəlinə liderlik edir.

Oxşar Xəbərlər

Back to top button