GündəmSiyasət

Bakıda “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilib

Bu gün dekolonizasiya dialoqlarının mərkəzinə çevrilmiş Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilib.

Victorytime.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qaradərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatının (FKNG) birgə təşkilatçılığı ilə baş tutub.

Çıxış edən Qvadelup nümayəndəsi Jose Bvakanpeç artıq dörd əsrdir Qvadelupun qanlı müstəmləkəçiliyə məruz qaldığını bildirib. Qeyd edib ki, bizim torpağımızda bir çox xalqların qanı axıb. Bunun səbəbkarı isə Fransadır.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib ki, Qvadelupun Fransanın müstəmləkəçiliyinə çevrilməsi Fransanın bərabərsizlik siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, Qvadelupda işsizlik səviyyəsi 18-20 faiz olmaqla Fransanın əsas hissəsindən çox aşağıdır və geri qalıb. A.Abbasov qeyd edib ki, BTQ müasir dünyada yeni müstəmləkəçiliyi qəbul etmir. Bu baxımdan da Qvadelup xalqının öz müqəddəratını təyin etmək hüququnu dəstəkləyir.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button