AnalitikaGündəmSiyasət

Azərbaycanla Slovakiya münasibətlərində yeni mərhələyə addım atıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və aparılan danışıqlar Azərbaycan–Slovakiya əlaqələrinin yeni mərhələyə yüksəlməsinə xidmət edir.

Prezident İlham Əliyev Slovakiyanın ali dövlət rəsmiləri ilə görüşlərində siyasi dialoqun inkişafı, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji, sənaye, nəqliyyat, yaşıl enerji və humanitar sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edib. Görüşlərdə qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin bundan sonra da davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Səfər zamanı Azərbaycan ilə Slovakiya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Tərəflər regional və qlobal təhlükəsizlik, dayanıqlı inkişaf, enerji təhlükəsizliyi kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini və regionda sülhün, sabitliyin təmin olunması istiqamətində atdığı addımları slovakiyalı həmkarlarının diqqətinə çatdırıb.

İqtisadi əməkdaşlıq səfərin əsas istiqamətlərindən biri olub. Slovakiya iş adamları ilə keçirilən görüşlərdə investisiya imkanları, sənaye kooperasiyası, innovasiya və texnologiya sahəsində birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə edilib. Azərbaycan tərəfi ölkəmizin əlverişli investisiya mühiti, nəqliyyat-logistika imkanları və strateji coğrafi mövqeyi barədə ətraflı məlumat verib.

Qeyd edək ki, humanitar sahədə də əlaqələrin inkişafı diqqətdən kənarda qalmayıb. Təhsil, mədəniyyət və elm sahələrində əməkdaşlığın genişləndirilməsi, tələbə mübadiləsi proqramları və mədəni əlaqələrin gücləndirilməsi istiqamətində yeni təşəbbüslərin reallaşdırılması imkanları nəzərdən keçirilib.

Prezident İlham Əliyevin Slovakiya Respublikasına səfəri Azərbaycan–Avropa İttifaqı münasibətləri kontekstində də mühüm əhəmiyyət daşıyır. Bu səfər Azərbaycanın Avropa ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa verdiyi önəmin və çoxtərəfli diplomatiya xəttinin uğurla davam etdirildiyinin göstəricisidir.

Məhz, ümumilikdə, səfər Azərbaycan ilə Slovakiya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yeni impuls verib və gələcək birgə layihələr üçün möhkəm zəmin yaradıb.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami
rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button