Analitika

Azərbaycanla Serbiya arasında iqtisadi sahədə yaxşı əlaqələr mövcuddur

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizlə dünya ölkələri arasında əlaqələr daha da genişlənir və güclənir. Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini,  qurulmasını və inkişafını regional və beynəlxalq problemlərin aradan qaldırılmasını nəzərdə tutur. Azərbaycanın uğurlu xarici siyasət kursu ölkələrlə siyasi, iqtisadi və mədəni əməkdaşlıq sahəsində onu etibarlı tərəf kimi tanıtmışdır. Buna görə də Azərbaycanın xarici siyasəti çoxşaxəliliyi ilə daim diqqət mərkəzindədir. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Hər iki dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir.

Azərbaycan ilə Serbiya arasında siyasi münasibətlər daim yüksək səviyyədə olub. Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. Səfərlər çərçivəsində keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb. Hal-hazırda da ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. Əlavə olaraq qeyd edə bilərəm ki, 2018-ci ildə dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamədə imzalanmışdır. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, Azərbaycan və Serbiyanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub. Həmçinin bu görüşlərdə diplomatik münasibətlərin qurulmasının digər qitə ölkələri üçün böyük əhəmiyyət kəsb edir. İmzalanan yeni sənədlər nəyin ki Azərbaycan və Serbiya munasibətlərinə, Avropa qitəsi üçün strateji əhəmiyyətə malikdir. Qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki inkişaf sahəsində başlanılan ciddi əməkdaşlığın  böyük gələcəyi var. Təkcə iqtisadi məsələlər deyil, digər sahələrdə də yaxşı nəticələr var.

Azərbaycanla Serbiya arasında iqtisadi sahədə yaxşı əlaqələr mövcuddur. Ölkələrimiz arasında mövcud olan münasibətlər, bunun inkişafı meyilləri belə bir proqnozla çıxış etməyə əsas verir ki, Azərbaycan-Serbiya əlaqələri yaxın gələcəkdə daha da inkişaf edəcək və bütövlükdə regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button