Azərbaycanla Konqo arasında imzalanan Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə münasibətlərinin gələcək inkişafında təməl rolunu oynayacaq
“Afrika ölkələri ilə əməkdaşlığın inkişafı ölkəmizin əsas xarici siyasət prioritetlərindən biridir. Cari ilin aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, dövlət başçılarının mətbuata birgə bəyanatları istər tarixi kontekstdə, istərsə də cari dövr baxımından rəsmi Bakının Afrika ölkələri ilə yaxşı əlaqələrindən xəbər verir”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycan ilə Konqo arasında siyasi, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur və bu istiqamətdə əlaqələrimizin daha da fəallaşdırılması zəruridir. Eləcə də Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təsisatlar və platformalar çərçivəsində Azərbaycan və Konqo arasında qarşılıqlı fəaliyyət yüksək səviyyədədir. Qeyd etmək lazımdır ki, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri zamanı əməkdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu sənəd Azərbaycan Konqo arasında əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Görüş çərçivəsində Azərbaycanla Konqo arasında imzalanan Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə münasibətlərinin gələcək inkişafında təməl rolunu oynayacaq. Məhz bugünkü səfər və keçirilən görüşlər gələcəkdə Azərbaycanın Afrika ölkələri ilə münasibətlərini intensivləşdirəcək. Təbii ki, xüsusilə ticarət sahəsində əməkdaşlığın inkişafı olduqca vacibdir.
Onun sözlərinə görə, bu gün Azərbaycan neokolonializmə qarşı mübarizədə Afrika ölkələrinin yanındadır, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsində müsbət qarşılanır və dəstəklənir. Dünyada kolonializmi hazırda da dövlət siyasəti kimi təqdim edən Fransanın hələ də mövcud olduğu ölkələrdən biri də Konqodur. Bu ölkələr, o cümlədən Konqo Respublikası neokolonializmlə mübarizədə Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Bu səbəbdən əminlikdə ifadə etmək olar ki, səfər çərçivəsində imzalanacaq sənədlər və əldə edilmiş razılaşmalar bizim əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək.