Azərbaycanla İraq arasındakı münasibətlərin qədim tarixi var
Tarixən bizi birləşdirən dini, mədəni əlaqələrimiz olub. Azərbaycan alimləri İraqda təhsil alıblar.keçmiş sovetlər dövründəki çətinliklərə baxmayaraq, Azərbaycan dindarları İraqdakı müqəddəs məkanları ziyarət edirdilər. Ümumiyyətlə götürdükdə, Azərbaycan – İraq əlaqələrinin tarixindən söz açmağa lüzum yoxdur: “Bu əlaqələrin tarixi zəmanənin özü qədər qədim dövrlərə gedib çıxır və təbii olaraq dəyişən zəmanənin tələblərindən doğan zərurətlə yenilənməyə ehtiyacı vardır. Hətta Sovet İttifaqı dönəmində də İraq dövlətinin Bakıda konsulluğunun fəaliyyət göstərməsi Azərbaycan – İraq münasibətlərinə nə qədər önəm verilməsini özündə əks etdirirdi.İraq İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində daim Azərbaycanı dəstəkləyir. İraqın Azərbaycanın ərazi bütövlüyünü daim tanıyıb və dəstəkləyib. “Ərazilərimizin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu və bu işğal 30 ilədək davam etdi. Erməni işğalçıları Qarabağdakı dini abidələrimizi dağıdıblar. Oradakı məscidlərimizdə donuz saxlamaqla bir növ İslam dininə iman gətirənləri təhqir edirdilər. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində doğma torpaqlarını işğaldan azad etdi. Erməni dini rəhbərləri guya Qarabağdakı erməni kilsələrinin dağıdılması ilə əlaqədar digər dinlərin nümayəndələri ilə bərabər, İslam dini liderlərinə də müraciətlər edirlər. Vətən müharibəsi dövründə biz dünyanın bir çox ölkələrindən dəstək məktubları alırdıq. Çox xoşdur ki, bu ölkələr arasında İraq da var. Biz bunu dini bağlılıq, qardaşlıq baxımından yüksək dəyərləndiririk. Bu, bizim işimizin haqq işi olduğunu bir daha təsdiqləyir. İraq siyasi baxımdan sabitləşib. İraqa çətin günlərində dəstək verən ölkələrdən biri də Azərbaycandır. Bu baxımdan Azərbaycanla əməkdaşlıq bizim üçün önəmlidir. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində İraqı daim dəstəkləyib. İraq da 44 günlük şərəfli mübarizəsində Azərbaycana dəstək verdi. İraq parlamentində Azərbaycanla münasibətlərin daha da inkişafı üçün mütəmadi işlər görülür. Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu əlaqələr getdikcə inkişaf edib. Hər iki ölkə rəhbərliyinin və rəsmilərinin qarşılıqlı səfərləri və dövlətlərin maraqlarını, onların qarşılıqlı münasibətlərini özündə əks etdirən rəsmi sənədlərin yenilənərək imzalanması da günümüzdə baş verən hadisələrin reallığını əks etdirən hadisə olaraq dəyərləndirilməlidir.Bundan savayı, hər iki dövlətin beynəlxalq səviyyəli təşkilatlarda təmsil olunması regionda baş verən hadisələrə münasibət və maraqların uzlaşdırılması baxımından da əhəmiyyətlidir. Demək olar ki, beynəlxalq aləmdə sürətlə dəyişən gündəm ölkələrarası mnasibətlərə korrektələr edilməsinin özünü də zəruri edir.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı