Azərbaycanla dostluq münasibətlərinə malik dövlətlərdən biri də İraq Respublikasıdır
Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır və hər zaman hər bir dövlətlə sıx əməkdaşlıq, dostluq münasibətləri yaratmışdır.
Azərbaycan ilə tarixi köklərə, dostluq münasibətlərinə malik dövlətlərdən biri də İraq Respublikasıdır. İki dövlət arasındakı münasibətlərin daha çox inkişaf etdirilməsi üçün hər iki ölkənin başçılarının qarşılıqlı səfərləri həyata keçirilib. 20 noyabr 2023-cü il tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Səfər zamanı İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı. Hər iki ölkənin dövlət başçıları birlikdə müxtəlif sahələrdə əməkdaşlıq çərçivəsində sənədlər, anlaşma memorandumları imzaladı. Eyni zamanda mətbuata bəyanatlarla çıxış edərək, iki dövlət arasındakı münasibətlərdən və həyata keçirilməsi nəzərdə tutulan layihələrdən bəhs etmişdir.
Məhz dövlətimizin başçısı İlham Əliyev son illər ərzində Azərbaycanın qazandığı uğurlardan, ərazi bütövlüyünü tam bərpa etməsi ilə bağlı hadisələrdən söz açmışdır. Azərbaycan Respublikası və İraq Respublikası arasındakı münasibətlərin inkişafı hər iki ölkənin gələcək həyatında mühüm rol oynayır. Bu əlaqələrin daim yenilənməsi və gücləndirilməsi nəzdində həyata keçirilən tədbirlər iki dost dövlət üçün böyük önəm kəsb edir.
Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxışı zamanı Ermənistanla olan münasibətləri, Qrabağ müharibəsinin həqiqətlərini, Ermənistanın 30 ildə yürütdüyü işğal siyasəti barəsində İraq Prezidentini məlumatlandırmışdı. Beynəlxalq səviyyədə tanınan ərazilərimizin 20 faizi 90-cı illərdə Ermənistan tərəfindən işğal olunduğunu, qəbul edilmiş qətnamələrə, sənədlərə baxmayaraq Ermənistan torpaqlarımızı azad etməkdən boyun qaçırmışdı. Ermənilərin qeyri-qanuni yaratdıqları qondarma “dağlıq qarabağ respubliksası” ləğv edilmişdir. Azərbaycanın Ermənistana sülh sazişinin şərtləri ilə bağlı təklifinin hələ də cavabsız qaldığını da xatırlatdı. Bölgədə gərginliyi artıran, marionet dövlət olan Ermənistanı silahlandıran Amerika Birləşmiş Ştatlarının, Fransanın Cənubi Qafqazdakı destruktiv rolunu təhlükə mənbəyi adlandırdı.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi