Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur.
Prezident İlham Əliyevin bu günlərdə İtaliyaya işgüzar səfəri münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir.Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amillər mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan enerji sektorunda əlaqələrin inkişafına xüsusi diqqət göstərilir. İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib.Xüsusilə, enerji sahəsində imzalanan müqavilələr Azərbaycan qazının Avropaya çatdırılmasında əhəmiyyətli rol oynayan TAP (Trans-Adriatik Boru Kəməri) layihəsini irəli sürmüşdür. Bu enerji layihəsi həm İtaliyanın, həm də Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm əhəmiyyət kəsb etməkdədir.
Bir sözlə, bu illər ərzində Azərbaycan-İtaliya münasibətləri davamlı əməkdaşlıq və strateji tərəfdaşlıq örnəyinə çevrilib.Artıq hər kəs görür ki, dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir.
Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib.Bu səfərlər onu göstərir ki, ölkəmizin şaxələndirilmiş xarici siyasət kursu fəaliyyət məhsuldarlığı və istiqamət müxtəlifliyi ilə səciyyələnir.Beləliklə, tam qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri Azərbaycanın xarici siyasətinin növbəti uğuru kimi tarixə düşəcək.
Elmir Rzayev,
YAP Şuşa rayon təşkilatının əməkdaşı