Azərbaycanın Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır
Azərbaycanın Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinin Tacikistanda əziz tutulması hər bir azərbaycanlı üçün sevindirici haldır. Bu onu göstərir ki, böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin dövlətçilik təcrübəsi, qardaş tacik xalqı ilə münasibətlərin yaradılması heç zaman unudulmur.
Azərbaycan və Tacikistan dostluq əlaqələri, siyasi, parlament, humanitar, ticari-iqtisadi və digər sahələrdə münasibətlər də birləşdirir. Dövlətimizin başçısının ötən il Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair sənədlər imzalanıb. Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə 2008-ci ildən fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiya işini uğurla davam etdirir.
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, yaxın gələcəkdə Zəngəzur dəhlizinin reallaşdırılması ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirməkdədir. Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün də səmərəli və cəlbedici nəqliyyat layihəsidir. Bu, bütün Asiya regionu kimi Tacikistanın da Azərbaycana marağını artırır və ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni fürsətlər yaradır.
Ölkələrimiz arasında münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb.
İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. Azərbaycan-Tacikistan mədəni əlaqələri də məhsuldarlığı ilə seçilir. Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günləri və kino həftəsi keçirilib. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır.
Azərbaycan Prezidentini İlham Əliyev qeyd etdiyi kimi:”Əsas məsələ münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteridir. Əgər iki ölkənin əlaqələri dostluq, qardaşlıq münasibətlərinə söykənmirsə, sırf iqtisadi maraqlar üzərində qurulubsa onun ömrü o qədər də uzun ola bilməz. Bu mənada Azərbaycan-Tacikistan münasibətləri bir çox ölkələr üçün nümunə olmalıdır”.
Mətanət Cəfərova
YAP-ın fəalı.