AnalitikaGündəm

Azərbaycanın müstəqil xarici siyasət yürütməsi beynəlxalq aləmdəki nüfuzunu getdikcə yüksəldir

Hazırda ölkəmiz regionun siyasi, iqtisadi, humanitar mərkəzi rolunu oynayır, bir sıra səmərəli təşəbbüslərin, yeni əməkdaşlıq formatlarının müəllifi və fəal iştirakçısına çevrilib. Azərbaycan xarici əlaqələrini daim genişləndirir, dünyada etibarlı tərəfdaş kimi tanınır, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığını inkişaf etdirir, bölgədə və dünyada sülhün, sabitliyin, təhlükəsizliyin qorunmasına öz töhfəsini verir. Təsadüfi deyildir ki, bu gün Bakı mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr dünya birliyində yüksək dəyərləndirilir son illər ölkəmizlə əməkdaşlığı genişləndirmək dünyanın inkişaf etmiş digər dövlətlərinin də maraq dairəsindədir. Bu fakt diqqətçəkən məqamlardan biridir. Bir həftə əvvəl ölkəmizə rəsmi səfərə gəlmiş Çin Xalq Respublikasının xarici işlər naziri Van Yinin başçılıq etdiyi nümayəndə heyəti ilə Prezident İlham Əliyevin görüşü zamanı aparılan danışıqlar da bunu təsdiqlədi. Qeyd olundu ki, Çin – Azərbaycan əlaqələri strateji xarakter daşıyır və bu ölkə Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi və sosial sabitliyin təmin olunduğunu, ölkəmizin iqtisadi baxımdan davamlı inkişaf etdiyini, əhalinin rifah halının ardıcıl surətdə yüksəldiyini dəyərləndirən Van Yi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daim artdığını və möhkəmləndiyini xüsusi vurğulamışdı. Ölkəmizin uğurlarının Çində maraqla izlənildiyini bildirən qonaq əldə olunan bu nailiyyətlər və eyni zamanda, qarşıdan gələn 28 May — Respublika Günü münasibətilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin təbriklərini Prezident İlham Əliyevə çatdırmışdı. Prezident İlham Əliyevin Çinə son səfəri zamanı bu ölkənin rəhbəri və digər dövlət rəsmiləri, habelə şirkət rəhbərləri ilə keçirilən görüşlər və aparılan səmərəli müzakirələr əlaqələrimizin strateji xarakter daşıdığını bir daha təsdiq etdi. İkitərəfli münasibətlərin, xüsusilə siyasi əlaqələrimizin yüksək səviyyədə olması, iqtisadi-ticari sahədə əməkdaşlığımızın yaxşı perspektivlərdən xəbər verməsi xarici siyasətimizin növbəti uğurlarındandır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dövlətimizin başçısına ünvanladığı təbrik məktubunda da ölkəmizin sosial-iqtisadi inkişaf yolunda inamla irəlilədiyi, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynadığı öz əksini tapıb. V. Putin öz ölkəsində Azərbaycan ilə münasibətlərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb və bütün sahələrdə səmərəli ikitərəfli əlaqələrin, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsində konstruktiv qarşılıqlı fəaliyyətin bundan sonra da birgə səylərlə uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button