Analitika

Azərbaycanın iqtisadi inkişafının təməlində aparılmış islahatlar dayanır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews “ televiziyasına müsahibə  verib. Müsahibə avqustun 1-də “Euronews” da yayımlanıb. Prezident İlham Əliyev müsahibəsində bildirmişdi ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az  gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bir növ boşluqdur. Heç kəs nə etməyi  bilmirdi. 2020- ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi.

O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla  münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və  ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Amma yenə boşluq yarandı. Sonra  isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq  sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası,gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi  beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq.  Biz 30 illik işğaldan əziyyət  çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh  prosesinin müəllifi olduq. Prezident çıxış  bildirmişdik ki, Atəşkəs sazişinin, yəni  2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi nə Birləşmiş Ştatlar nə də  Avropa İttifaqı deyil, Rusiya olub. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır.

Prezident İlham Əliyev bildirmişdi  ki, Laçın- Xankəndi  yolundakı  vəziyyət  aprel  ayının  23-də  sərhəd  buraxılış  məntəqəsi  yaradanda  dəyişdi.  O, vaxta  kimi  bizim  sülh  razılaşmasına  gəlmək  üçün  2 il  yarım  vaxtımız  var  idi. Yeganə  əngəl  Ermənistanın  rəsmi  surətdə  Qarabağı  Azərbaycanın  bir  hissəsi  olaraq  tanımaq  istəməməsi  idi. Bəli, onlar  bunu  bəyanatlarla, şifahi  bəyanatlarla  edirdilər. Bu  mövqeyin  ifadə  edilməsinin  bir  yolu  idi, lakin  onlar  sənədə  imza  atmalı idilər.

Prezident  müsahibəsində  qeyd  etmişdi ki, müharibədə  qalib  gəlmək  mənim  həyatımın, siyasi  həyatımın  missiyası  idi. Müharibə də uğurla  başa  çatdı. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın  torpağında savaşmadıq, öz  torpağımızda  vuruşduq  və biz  zəfər çaldıq.

Otuzillik  işğaldan əziyyət  çəkmiş  ölkəmizin  işğal  altında  olan  əraziləri  tamamilə  məhv  edilmişdir. Şuşada  qeyri-qanuni  məskunlaşmalar  olduğu  üçün  səhər  tamamilə  dağıdılmamışdır. Lakin  Füzuli  tamamilə  yerlə-yeksan  edilmişdir, Ağdamda  da  vəziyyət  eynidir. Demək  olar  ki, bir  milyon  azərbaycanlı  evindən  məhrum  olmuşdur. Bütün  bu  acılara baxmayaraq, biz  qisas  almadıq. Biz  qisası  döyüş  meydanında  aldıq. Biz  onların  da  Azərbaycana  qarşı  ərazi  iddialarının  olmamasını  istəyirik.

Nəsirova Ofelya ,
KBTRL-nin tarix müəlliməsi

Oxşar Xəbərlər

Back to top button