Analitika

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu

Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir və bu dəyərləri təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasətidir. Ölkəmizdə bu istiqamətdə bir çox önəmli addımlar atılmış, mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. İnkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən-ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbir keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. “Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır” söyləyən dövlət başçısı bildirdi ki, Rusiya və ABŞ silahlı qüvvələrinin yüksək nümayəndələri, ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bunun ölkəmizə etimadın, etibarın göstəricisi olduğunu göstərir. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir.

Azərbaycan bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Azərbaycan 30 illik işğal dövründə ən yüksək tribunalardan dünyanı ikili standartlara əsaslanan siyasətə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsinə çağırış etdi. Azərbaycan hazırda qalib ölkə olaraq sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifidir. Ölkəmizin beynəlxalq nüfuzu artır. Şuşa Qlobal Media Forumunun  iştirakçılarının  rəylərində də bu reallıq öz təsdiqini tapır. Belə tədbirlər ölkələr arasında münasibətlərin daha da yaxınlaşmasına, həqiqətlərin olduğu kimi dəyərləndirilməsinə geniş imkanlar yaradır. Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin, davamlı inkişafın əldə olunması üçün geniş imkanlar verən yeni reallıqlar yaradıb. Möhtərəm Prezidentimizin dediyi kimi, siyasi, iqtisadi və sosial sabitlik inkişafın mühüm meyarıdır və bu amillərin təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir.

Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır, çünki əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz.Beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verməklə Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi artır. Dövlətimizin yürütdüyü uğurlu daxili və xarici siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır.

Mətanət Cəfərova,
YAP-ın  fəalı

Oxşar Xəbərlər

Back to top button