Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının Bakıda keçirilməsi yenidən Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirdi. Elə dünyanpn aparıcı KİV-lərinin sözügedən iclas barədə geniş şərh verməsi də deyilənləri təsdiqləyir. İclas çərçivəsində “Euronews” telekanalının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən müsahibə götürməsi də həm Bakı toplantısı, həm də Azərbaycanın enerji mənbələrinə olan marağın göstəricisi idi.
Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Avropa məkanında çox böyük maraqla qarşılanmaqla yanaşı, həm də Cənub Qaz Dəhlizinin önəmini bir daha beynəlxalq aləmin diqqətinə çatdırdı. Vurğulandı ki, bu, hazırda dünyanın böyük ehtiyac duyduğu qarşılıqlı əməkdaşlığın bəhrəsidir, eyni zamanda, Azərbaycanın böyük layihələri uğurla reallaşdırmaq iqtidarında olduğunu göstərir. Həqiqətən də Azərbaycan bu iri layihəni reallaşdırmaqla bir daha bütün dünyaya öz gücünü və imkanlarını göstərmiş oldu. Ölkəmizin iri infrastruktur layihələrinin reallaşdırılmasında zəngin təcrübəyə malik olması öz sözünü dedi və ölkəmiz çoxlarının gerçəkləşəcəyinə inanmadığı layihəni gerçəkləşdirə bildi. Nəticədə Prezidentin də dediyi kimi, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki Azərbaycanın təbii qazının yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorları var.
Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.
Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq.
Aytac Məhərrəmli
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi