AnalitikaGündəmSiyasət

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol diqqət mərkəzindədir

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costanin Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər siyasi dialoqun genişləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və regionda təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Avropa İttifaqı nümayəndə heyəti ilə Azərbaycan rəhbərliyi arasında bir sıra görüşlər keçirilmiş, iki tərəf arasında mövcud əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə edilmişdir. Görüşlər zamanı enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, yaşıl enerji layihələri və ticarət əlaqələrinin genişləndirilməsi əsas mövzular sırasında yer almışdır. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol diqqət mərkəzində olmuşdur.

Tərəflər həmçinin regionda sülh və sabitliyin təmin olunması, beynəlxalq hüququn prinsiplərinə hörmət və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxunmuşlar. Azərbaycanın Avropa ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün həyata keçirdiyi layihələr, o cümlədən Cənub Qaz Dəhlizi və yaşıl enerji təşəbbüsləri müsbət qiymətləndirilmişdir.

Səfər çərçivəsində keçirilən görüşlərdə iqtisadi sahədə yeni əməkdaşlıq imkanlarının araşdırılması, investisiya mühitinin genişləndirilməsi və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi məsələləri də müzakirə edilmişdir. Bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni imkanların yarandığı qeyd olunmuşdur.

Ümumilikdə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri tərəflər arasında siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi və regionda sabitliyin möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirir.

Bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirir və tərəflər arasında siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button