Analitika

Azərbaycanın Avropa İttifaqı və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemindəki strateji rolu gündən-günə artır

“Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi siyasət sayəsində müstəqil Azərbaycanın regional və qlobal miqyasda ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsində rolu əhəmiyyətli dərəcədə artıb. Əlamətdar haldır ki, son illər ərzində görülən işlər sayəsində ölkəmizin neft-qaz sənayesinin inkişafı keyfiyyətcə yeni mərhələyə yüksəlib. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirib”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bu səbəbdən dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi qlobal əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi qismində çıxış edir. Heç şübhəsiz Azərbaycanın özünü Avropanın etibarlı “mavi yanacaq” təchizatçısı kimi təsdiqlənməsi, istehlakçıların inamını qazanması Prezident İlham Əliyevin müstəsna xidmətlərinin, onun konkret hədəflərə çatmağa hesablanan məqsədyönlü siyasətinin məntiqi nəticəsidir.

“Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı ölkələrimiz arasında münasibətləri daha da dərinləşdirən mühüm iqtisadi amildir. İnterkonnektorun fəaliyyəti bu ölkələrin sənaye inkişafına böyük töhfə verəcəkdir. Eyni zamanda da bu layihə sayəsində Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənəcək. Serbiya- Bolqarıstan interkonnektoru yalnız təbii qaz şəbəkələrini birləşdirən infrastruktur layihəsi deyil. Bu layihə həm də ölkələrin artan texnoloji imkanlarının, həmçinin Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycanın Avropa İttifaqı və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemindəki strateji rolu gündən-günə artır və Azərbaycanın enerji diplomatiyasındakı uğurları iqtisadi imkanlarımızın genişlənməsində də əhəmiyyətli rol oynayır.

Oxşar Xəbərlər

Back to top button